İki payızın bir yazı... | Icma.az
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir. Bir ömrü iki payızın arasına sığdırmışdı Uca Tanrım.
O ömür ki payızda başlamışdı, payızda da bitdi. Bu payız günlərinin birində müsahib olduğum payızın özü ilə “Yolayrıcında söhbət”imizdə xatı
Məmməd Araz yurdu Nursu kəndini üç hissəyə – aşağı, orta və yuxarı məhəllələrə bölən yolayrıcında.
Yaşıl yosunu bozarmış dağların, xəzan yelinin taqətini ağaclardan üzdüyü yarpaqları, düzlərin otunu – avarını sovurub bir küncünə topladığı dərələrin soluxmuş rənglərinin müşayiətilə üz tutmuşdum orta məhəlləyə – Məmməd Arazın doğulduğu, uşaqlıq çağları keçən məhəlləyə.
Göz baxdıqca uzanan dərələrin sonsuz dərinliklərində küləyin vıyıldayıb yalçın qayalara çırpılaraq ətrafda əks-səda verən səsində həzin bir ayrılıq nəğməsi duyulur.
Bu, ömrünün tamamına sayılı günlər qalan payızın özünə bəstələdiyi ayrılıq nəğməsidirmi, yoxsa illər öncə “Yazda ölüm asan olur, Allah, yaza saxla məni”, – deyən Məmməd Arazı yaza qısqanan payızın onu öz ağuşunda yeni bir dünyanın sakininə çevirərkən bu sarsıdıcı ayrılığa həsr etdiyi nəğmədirmi?
Yox, bu nəğmə iki payızın arasındakı bir yazın gülünə-çiçəyinə, axarına-baxarına, rənglərinə heyranlıq, çağlamasına, coşmasına qısqanclıq nəğməsidir.
İki payızın arasındakı yaza, bahara – Məmməd Araz ömrünə, yaradıcılığına qibtədən yaranan ayrılıq nəğməsidir… Yolboyu dinlədiyim bu nəğmə zirvəsi buludlarla qonşu olan dağların sinəsinə yayıldıqca şairin “Zirvəsində qanad açdım, ətəyində süfrə açdım, qoyub gəldim gözüyaşlı, dağlar çətin qala mənsiz” misraları da qarışır bu nəğməyə.
Tam oxu
Xəbəri oxu