“İki qardaş ölkənin strateji tərəfdaşlıq modeli” Əhliman Əmiraslanov | Icma.az
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Qazaxıstana dövlət səfəri iki ölkə arasında strateji müttəfiqliyin daha da möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisədir.
Prezident İlham Əliyevin səfəri Azərbaycan ilə Qazaxıstan arasında Orta Dəhliz üzrə ikitərəfli və çoxtərəfli layihələrin inkişafına, humanitar əlaqələrə, Xəzər dənizinin ekoloji problemlərinin həllinə, qarşılıqlı sərmayələrin artırılmasına və türk birliyinə əsaslanan mədəni əlaqələrin gücləndirilməsinə həsr olunub.
Cənab Prezident İlham Əliyev son 3 ildə Qazaxıstana 7-ci səfərini həyata keçirdi.
Bu səfərlər ikitərəfli əlaqələrin möhkəmlənməsinə xidmət etməklə yanaşı, həm də ümumilikdə türk dünyasında əməkdaşlıq və iş birliyinin inkişafına, qardaşlığın və həmrəyliyin möhkəmlənməsinə töhfə verir.
Oktyabrın 21-də Azərbaycan Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Prezidenti cənab Kasım-Jomart Tokayev Astanada mətbuata bəyanatlarla çıxış etdilər.
Prezident İlham Əliyevin bəyanatı həm iki qardaş dövlətin münasibətlərinin dərinliyini, həm də regional sabitliyin və yeni geosiyasi reallıqların istiqamətini müəyyən edən strateji baxışı əks etdirdi.
Dövlətimizin başçısının “Qazaxıstan bütün dünyada etibarlı tərəfdaş, milli maraqları çərçivəsində siyasət yürüdən dövlət kimi həm də yaxşı dostdur” fikri diplomatik ehtiramla yanaşı, Türk dünyasının birliyinə əsaslanan siyasi təfəkkürün ifadəsidir.
Tam oxu
Xəbəri oxu