Icma.az
close
up
RU
“İki qardaş ölkənin strateji tərəfdaşlıq modeli” Əhliman Əmiraslanov

“İki qardaş ölkənin strateji tərəfdaşlıq modeli” Əhliman Əmiraslanov

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Qazaxıstana dövlət səfəri iki ölkə arasında strateji müttəfiqliyin daha da möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisədir. Prezident İlham Əliyevin səfəri Azərbaycan ilə Qazaxıstan arasında Orta Dəhliz üzrə ikitərəfli və çoxtərəfli layihələrin inkişafına, humanitar əlaqələrə, Xəzər dənizinin ekoloji problemlərinin həllinə, qarşılıqlı sərmayələrin artırılmasına və türk birliyinə əsaslanan mədəni əlaqələrin gücləndirilməsinə həsr olunub. Cənab Prezident İlham Əliyev son 3 ildə Qazaxıstana 7-ci səfərini həyata keçirdi. Bu səfərlər ikitərəfli əlaqələrin möhkəmlənməsinə xidmət etməklə yanaşı, həm də ümumilikdə türk dünyasında əməkdaşlıq və iş birliyinin inkişafına, qardaşlığın və həmrəyliyin möhkəmlənməsinə töhfə verir.

Oktyabrın 21-də Azərbaycan Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Prezidenti cənab Kasım-Jomart Tokayev Astanada mətbuata bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyevin bəyanatı həm iki qardaş dövlətin münasibətlərinin dərinliyini, həm də regional sabitliyin və yeni geosiyasi reallıqların istiqamətini müəyyən edən strateji baxışı əks etdirdi. Dövlətimizin başçısının “Qazaxıstan bütün dünyada etibarlı tərəfdaş, milli maraqları çərçivəsində siyasət yürüdən dövlət kimi həm də yaxşı dostdur” fikri diplomatik ehtiramla yanaşı, Türk dünyasının birliyinə əsaslanan siyasi təfəkkürün ifadəsidir. Bu fikrin arxasında həm ortaq tarixi köklər, həm də bugünkü strateji məqsədlər dayanır. Prezident İlham Əliyevin “xalqımız üçün ən ağır dövrlərdə biz Qazaxıstanın qardaş dəstəyini hiss etmişik” deməsi, həm də gələcəyə ünvanlanan etimadın təsdiqidir. Bu bəyanat göstərir ki, Azərbaycan–Qazaxıstan münasibətləri ideya və dəyərlər birliyinə əsaslanan strateji tərəfdaşlıq modelidir. Prezident İlham Əliyevin bəyanatında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq ayrıca strateji xətt kimi qeyd edildi. Gələn il Bakıda keçiriləcək həm İslam Əməkdaşlıq Təşkilatının Sammiti, həm də Qazaxıstanın təşəbbüsü ilə formalaşan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammiti Azərbaycanın beynəlxalq diplomatiyada mərkəzi rola malik olduğunu göstərir. Bu tədbirlər Türk dünyasının iqtisadi, siyasi və humanitar inteqrasiyasının real dayaqlarını möhkəmləndirəcək. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “biz bütün beynəlxalq platformalarda demək olar ki, vahid mövqedən çıxış edirik”. Bu, artıq birgə strateji kimliyin ifadəsidir. Azərbaycan Prezidenti çıxışında Qazaxıstanın Qarabağın bərpasında iştirakını xüsusi minnətdarlıqla qeyd etdi. Füzulidə açılmış Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu qardaşlığın rəmzi kimi təqdim olundu: “Hər bir Azərbaycan vətəndaşı həmin mərkəzdən keçərkən qardaş köməyinin şahidi olur”.

Bu, həm “Böyük Qayıdış” layihəsinin mənəvi dəyərini, həm də türk dövlətləri arasında qardaşlıq bağlarının praktik təzahürünü göstərir. Bu əməkdaşlıq modeli regionda humanitar diplomatiyanın ən gözəl nümunəsidir. Bütün bunlar Türk dünyasının vahid məqsədlərinə və vizyonuna xidmət etməklə yanaşı, qlobal sülhə, əməkdaşlığa, münaqişə və təhdidlərdən kənarda yeni infrastrukturun inkişafı vasitəsilə digər region dövlətlərinin təhlükəsizlik qayğılarının aradan qaldırılmasına töhfə verə bilər. Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan əsas mövzulardan biri Azərbaycan–Ermənistan sülh prosesidir. Dövlətimizin başçısı xatırlatdı ki, “Vaşinqtonda Prezident Trampın iştirakı ilə sülh sazişi paraflandı və Qazaxıstan bu məsələyə münasibət bildirən ilk ölkələrdən biri oldu”. Bu bəyanat regionda yeni diplomatik mərhələnin başlandığını göstərir. Azərbaycanın təşəbbüsləri sayəsində Cənubi Qafqazda artıq sülh sənədləri kağız üzərində deyil, real həyatda formalaşır. Prezident İlham Əliyevin “Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırıb” fikri isə bunun praktik göstəricisidir. Bu, Prezident İlham Əliyevin çoxillik siyasi strategiyasının davamıdır – sabitlik yalnız silahın susması ilə deyil, iqtisadi inteqrasiya və qarşılıqlı maraqlar əsasında bərqərar olur.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas strateji mövzulardan biri nəqliyyat-logistika sisteminin gələcəyinə dair mesajlar idi. Dövlətimizin başçısı vurğulayıb:

“Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq”. Bu bəyanat Azərbaycanın artıq Avrasiyanın əsas tranzit və ticarət mərkəzinə çevrildiyini göstərir. Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna qədər tam istifadəyə verilməsi regionun iqtisadi xəritəsini köklü şəkildə dəyişəcək, Orta Dəhliz ilə birləşərək, Asiyadan Avropaya qədər yüklərin daha təhlükəsiz və sürətli daşınmasına imkan yaradacaq. Bununla yanaşı, Prezident İlham Əliyev TRIPP layihəsinin əhəmiyyətini qeyd edərək bildirdi ki, bu marşrut “Orta Dəhlizin daha bir seqmentini formalaşdıracaq”.

Beləliklə, Azərbaycan yalnız enerji və logistika sahəsində deyil, qlobal sülh və iqtisadi tərəfdaşlıq modelində də aparıcı mövqeyini möhkəmləndirir. Səfər zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilib və yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılıq əldə olunub. Prezident İlham Əliyev bildirib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya artıq vahid coğrafi məkan çərçivəsində çıxış edir. Bu yanaşma yeni regional arxitekturanın siyasi əsaslarını müəyyənləşdirir. Azərbaycan–Qazaxıstan tandemi bu sistemin təməl sütunlarından biridir.

Prezident İlham Əliyevin Qazaxıstanda səsləndirdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan artıq regional oyunçu deyil, qlobal proseslərdə fəal rol oynayan, lider dövlətdir. Bu liderlik dövlətimizin başçısının uzaqgörən siyasəti, prinsipial mövqeyi və milli maraqlara əsaslanan diplomatiya fəlsəfəsi üzərində qurulub. Enerji və nəqliyyat arteriyalarında liderlik mövqeyinin qorunması, Türk dünyası inteqrasiyasının siyasi və iqtisadi əsaslarının dərinləşdirilməsi və Qafqazda sülh və sabitliyin uzunmüddətli institusional təminatı. Bu istiqamətlər Azərbaycanın milli güc konsepsiyasının ayrılmaz hissəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq Cənubi Qafqazda yeni geosiyasi nizamın memarı, Türk dünyasında birləşdirici qüvvə, Avrasiya miqyasında isə sabitliyin və inkişafın təminatçısıdır. Beləliklə, Qazaxıstanda səsləndirilən bəyanat təkcə diplomatik çıxış deyil, Azərbaycanın gələcək siyasi və iqtisadi vizyonunun konseptual ifadəsidir.

Milli Məclisin Səhiyyə komitəsinin sədri,  akademik Əhliman Əmiraslanov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 Oktyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri