İkili standartlar daha işə keçmir | Icma.az
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir. Qarabağda beynəlxalq humanitar hüququ kim pozub?
Avropa Parlamentinin uzun müddətdir ki, Avropa İttifaqının ən korrupsiyalaşmış strukturlarından birinə çevrildiyi, erməni lobbisinin böyük həcmli “maliyyə sərmayələri” sayəsində mütəmadi olaraq Azərbaycan əleyhinə qətnamələr qəbul etdiyi, bəyanatlar verdiyi məlumdur.
Son vaxtlar Ermənistanla Aİ arasında münasibətlərin “istiləşməsi”, yaxınlaşma meyillərinin artması müşahidə olunmaqdadır ki, bu da təsadüfi deyil.
Axı, bu ilin əvvəlində Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin Aİ-yə üzv olması prosesinə başlamaq qərarına gəldiyini bəyan etdi və bunun ardınca parlamentə müvafiq qanun layihəsi göndərildi.
Bununla yanaşı, tərəflər viza rejiminin liberallaşdırılması, İrəvanın “Avropa sülh aləti” proqramına daxil edilməsi ilə bağlı Ermənistan–Aİ dialoqunu da tam sürətlə davam etdirirlər.
Aydın görünən odur ki, Avropa Parlamenti erməni lobbisinin və ikili standartların tələsinə düşüb.
Yəni, Ermənistan hakimiyyəti sülhə hazır olduqları barədə gurultulu bəyanatlara baxmayaraq, bütün fürsət və imkanlardan istifadə edərək, təxribat xarakterli anti-Azərbaycan siyasətindən də əl çəkmir.
* * * Ermənistan milli assambleyasının sədri Alen Simonyan İrəvanda Ermənistan–Avropa İttifaqı Parlament Tərəfdaşlığı Komitəsinin həmsədri Nil Uşakovun rəhbərlik etdiyi avropalı deputatlarla görüşüb.
Tam oxu
Xəbəri oxu