Icma.az
close
up
RU
Menu

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

İkili standartlar daha işə keçmir

İkili standartlar daha işə keçmir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Qarabağda beynəlxalq humanitar hüququ kim pozub?

Avropa Parlamentinin uzun müddətdir ki, Avropa İttifaqının ən korrupsiyalaşmış strukturlarından birinə çevrildiyi, erməni lobbisinin böyük həcmli “maliyyə sərmayələri” sayəsində mütəmadi olaraq Azərbaycan əleyhinə qətnamələr qəbul etdiyi, bəyanatlar verdiyi məlumdur.

Son vaxtlar Ermənistanla Aİ arasında münasibətlərin “istiləşməsi”, yaxınlaşma meyillərinin artması müşahidə olunmaqdadır ki, bu da təsadüfi deyil. Axı, bu ilin əvvəlində Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin Aİ-yə üzv olması prosesinə başlamaq qərarına gəldiyini bəyan etdi və bunun ardınca parlamentə müvafiq qanun layihəsi göndərildi. Bununla yanaşı, tərəflər viza rejiminin liberallaşdırılması, İrəvanın “Avropa sülh aləti” proqramına daxil edilməsi ilə bağlı Ermənistan–Aİ dialoqunu da tam sürətlə davam etdirirlər. Aydın görünən odur ki, Avropa Parlamenti erməni lobbisinin və ikili standartların tələsinə düşüb. Yəni, Ermənistan hakimiyyəti sülhə hazır olduqları barədə gurultulu bəyanatlara baxmayaraq, bütün fürsət və imkanlardan istifadə edərək, təxribat xarakterli anti-Azərbaycan siyasətindən də əl çəkmir.

* * *

Ermənistan milli assambleyasının sədri Alen Simonyan İrəvanda Ermənistan–Avropa İttifaqı Parlament Tərəfdaşlığı Komitəsinin həmsədri Nil Uşakovun rəhbərlik etdiyi avropalı deputatlarla görüşüb. Erməni mediasının həmin görüşün icmalında Qarabağla bağlı verdiyi bir incə məqam diqqəti cəlb edir. Hayların spikeri Avroparlamentarilərlə danışıqlarda “Dağlıq Qarabağda beynəlxalq humanitar hüququn itirildiyini” bəyan edib. Aydın məsələdir ki, onun bu açıqlamasının altında Qarabağı könüllü tərk etmiş ermənilərin, guya, pozulmuş hüquqları nəzərdə tutulur.

Oxuculara xatırladaq ki, 2024-cü il seçkilərindən sonra Avropa Parlamenti Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə nümayəndə heyətinin sədrini və onun iki müavinini seçib. Sədr postuna Latviyadan olan deputat Nil Uşakov layiq görülüb. Müavinlər isə Fransadan olan deputat, məşhur azərbaycanofob Natali Luazo və polşalı deputat Mixal Şterbadır. Azərbaycana qarşı daim qərəzli mövqedən çıxış edən madam Luazo bu təyinata qədər Ermənistanın AP-dəki güclü müdafiəçisi kimi tanınırdı. Onu da yada salaq ki, 2020-ci il 44 günlük Vətən müharibəsində, eləcə də ondan sonrakı dövrdə anti–Azərbaycan kampaniyaların fəal iştirakçısı sayılan fransalı deputat Hayastanın məğlubiyyətini, ermənilərin könüllü surətdə Qarabağı tərk etmələrini “göz yaşları” içində izləmişdi.

Avropa Parlamentinin ermənipərəst üzvləri ilə görüşündə Azərbaycana qarşı saxta ittihamlar irəli sürən Alen Simonyan Avropa təşkilatlarını “Azərbaycana daha çox təzyiq göstərməyə” səsləyib. “Beynəlxalq humanitar hüquq Qarabağda ayaqlar altına atıldı” kimi böhtan dolu avantürist bəyanat verən Simonyan “Avropa Parlamentinin Azərbaycanın hərəkətlərini pisləyən bir neçə hesabatının və beynəlxalq strukturların reaksiyasının kifayət etmədiyini” qonaqların nəzərinə çatdırıb. Yəni, rəsmi İrəvanın Simonyanın dili ilə Avropa Parlamentindən incikliyini bu formada bildirməsi, yumşaq desək, ironik gülüş doğurur.

* * *

Əslində, Avropa Parlamentinin davranışında bizim üçün təzə heç nə yoxdur. Bu qurumun rəhbər heyəti dəyişsə də, Cənubi Qafqaza yönəlik “ənənəvi prinsip” dəyişməyib. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Avropa İttifaqının ölkəmizə qarşı açıq-aşkar düşmən mövqeyi ilə seçilən məhz bu strukturudur. Bunun əyani misalı kimi Avroparlamentin Bakının evsahibliyi etdiyi COP29 ərəfəsində qəbul etdiyi “Azərbaycandakı vəziyyət, insan haqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsini göstərmək olar. Onu da yada salaq ki, həmin bədnam qətnamədə Avropa İttifaqından Bakıya hərbi potensialının güclənməsinə kömək edə biləcək istənilən xarakterli texniki və maliyyə yardımını dayandırmağa çağırış da yer alıb. Üstəlik, Aİ-yə üzv dövlətlərdən Azərbaycana bütün hərbi texnika ixracını dondurmaq tələb olunurdu.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu mövzu ilə bağlı XQ-yə açıqlamasında avropalı deputatların Ermənistana səfərini belə şərh etdi: “Onlar Ermənistan hökumətinə və cəmiyyətinə xoş gəlməkdən ötrü vaxraşırı Qarabağla bağlı Azərbaycan əleyhinə açıqlamalar verirlər. Avroparlamentarilərin bu mənasız və məntiqsiz bəyanatları yalnız özlərinin ziyanına işləyir. Çünki ortada böyük layihələr var və Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda maraqlı tərəf olmalıdır. Amma Avropa Parlamentinin bəzi deputatlaı Ermənistana səfər edirlər və bu zaman anti-Azərbaycan açıqlamaları ilə, guya, İrəvanı Aİ-yə cəlb etməyə, Rusiyadan daha çox ayırmağa nail olacaqlar. Bu, onların daxili problemidir. Onsuz da Avropa Parlamenti məhz Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələri ilə yadda qalıb. Amma Brüsselin özü, Avropanın əksər icra strukturları, əslində, Azərbaycanla yaxın əməkdaşlıqda maraqlıdırlar. Bu mənada Avroparlamentin gərəksiz açıqlamalarına reaksiya verməyin yeri yoxdur. Ən azı, ona görə ki, bunlar vəziyyəti dəyişə biləcək açıqlamalar deyil.

Azərbaycan öz ərazi bütövlüyünü, severenliyini tam təmin edib və Avropanın bütün dövlətləri bunu tanıyıblar. Humanitar hüququn pozulmasına gəldikdə isə Azərbaycanın mövqeyi birmənalıdır. Rəsmi Bakı Qarabağ ermənilərinin Azərbaycan qanunları ilə yaşamağı qəbul edəcəkləri təqdirdə geri qayıda biləcəklərini bildirib. Amma, aydın məsələdir ki, bunu etməyənlər burada yaşaya bilməzlər. Heç Avropanın özündə də buna imkan verməzlər. Əgər kimsə gəlib desə ki, mən Fransanın qanunlarını qəbul etmirəm, amma burada yaşamaq istəyirəm, onu ölkəyə buraxarlarmı? Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, ərazisində yaşayan vətəndaşlardan qanunlarına hörmətlə yanaşmağı tələb edir. Buna əməl etmək istəməyən ermənilər də Qarabağda yaşaya bilməzlər”.

* * *

İrəvanda “səmimi dostluq şəraitində” keçən görüşdə AP-nin nümayəndə heyətinin başçısı Nil Uşakov Ermənistan silahlı qüvvələrinə Avropa Sülh Fondu tərəfindən göstərilən yardımı alqışladığını bildirib. O, bununla da kifayətlənməyib, həmçinin Ermənistana qarşı istənilən hərbi təcavüzü, gücdən istifadəni və ya hibrid təhdidləri pislədiyini açıqlayıb. N.Uşakov Azərbaycanı “ermənilərin Qarabağa maneəsiz və sürətlə qayıtmasını təmin etməyə” çağırıb.

“Avropa institutlarından Azərbaycana qarşı ən qərəzli mövqe nümayiş etdirən Avropa Parlamentidir”. Bunu qəzetimizə açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov bildirdi. O, hesab edir ki, İrəvandakı məlum toplantı Ermənistanın Avropaya inteqrasiyasına dəstək məqsədini güdürdü: “İrəvan görüşündə iştirak edən həm Ermənistan parlamentinin spikeri, həm də xarici işlər nazirinin müavini, əslində, ölkələrinin Avropa ilə münasibətlərindən kənara çıxaraq, Azərbaycana qarşı bəyanatlar səsləndiriblər. Onlar Bakıda məhkəməsi davam edən keçmiş “dqr”in separatçı liderlərinin azadlığa buraxılması ilə bağlı fikirlər bildiriblər. Ümumiyyətlə, rəsmi İrəvan Avropa Parlamentini bu məsələdə daha fəal olmağa çağırıb. Bu onu göstərir ki, Ermənistan hakimiyyəti Avropanın bu institutunu Azərbaycana qarşı istifadə etməyə çalışır. Əgər onlar avrointeqrasiya ilə məşğul olmaq istəyirlərsə bu məsələni ikitərəfli qaydada həyata keçirə bilərlər. Amma bu prosesin özünü Azərbaycana qarşı təzyiq mexanizmi kim istifadə etmək yolverilməzdir. Bu fakt Ermənistanın Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinə, sülhün əldə olunmasına o qədər də səmimi yanaşmadığının göstəricisidir”.

Erməni lobbisinin yemlədiyi avroparlamentarilərindən soruşmaq lazımdır ki, onlar nə üçün otuz illik erməni işğalı zamanı azərbaycanlıların qovulduqları Qarabağa və deportasiya edildikləri Ermənistandakı yurdlarına qaytarılmasının zəruriliyi ilə bağlı bir dəfə də olsun bəyanat səsləndirməyiblər. Ölkəmizə qarşı ikili standartlara söykənən bu cür qərəzli münasibət təkcə Avropa Parlamentində deyil, AŞPA, AİHM və digər strukturlarda beynəlxalq hüquqa, insan haqlarına barmaqarası yanaşmanın təzahürüdür.

* * *

Nil Uşakov “Avropa Parlamenti Ermənistanla əlaqələri daha da dərinləşdirməyi öhdəsinə götürüb” deyəndə bu qurum üçün gələcəkdə də hayların maraqlarının prioritet olaraq qalacağını təsdiqləmiş oldu. “Mən bu müsbət işi davam etdirməyə hazıram. Ümidvaram ki, siz nəticələri görəcəksiniz. Avropa Parlamenti Ermənistanla əlaqələri daha da dərinləşdirmək öhdəliyi götürüb”, – deyə Uşakov İrəvanı buna əmin edib.

Amma Uşakov və yanındakılara onu xatırladaq ki, Avropa Parlamenti Azərbaycanın daxili işlərinə qarışmağa dözməyəcəyinə və heç kimdən çəkinmədən suveren hüquqlarını müdafiə etmək iqtidarında olduğuna əmin olsunlar. Ermənistanın avropalı “azarkeşləri” heç bir halda bu vacib məqamı nəzərdən qaçırmasınlar. Azərbaycana qarşı böhtan dolu çıxışını davam etdirən A.Simonyan daha sonra deyib: “Azərbaycan tərəfi Ermənistanda revanşizmdən danışır, lakin ən böyük revanşizm onların indi etdikləridir. Onlar Ermənistana nə isə sırımağa çalışırlar. İctimai rəyə bu gün erməni xalqında olmayan revanşizmi aşılayırlar”.

Bəlkə Simonyan bu sözləri deyərkən Marseldə, Kaliforniyada, rəhbərlik etdiyi parlamentdə, İrəvanın küçələrində daşnak-revanşistlərin yeni müharibəyə çağırışlarından xəbərsiz olduğunu bildirmək istəyib?

Ritorik olmayan sualı verək: Qarabağda beynəlxalq humanitar hüququ kim pozub? Azərbaycan, yoxsa Ermənistan? Populizmin, demaqogiyanın da bir həddi var. 30 illik işğal dönəmində hayların öz torpaqlarımızda biz azərbaycanlılara qarşı hansı vəhşilikləri törətdiyini simonyanlara, uşakovlara xatırlatmağa ehtiyacmı var? Belə çıxır ki, haypərəst “kollektiv Qərb” üçün əsas dəyər heç də xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması deyil. Avropa Parlamenti rəsmilərinin İrəvana son səfəri bunu bir daha təsdiqlədi.

İmran BƏDİRXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Mart 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see298

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see277

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see272

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see265

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see264

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see264

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see246

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see245

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see242

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see242

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see237

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see234

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see230

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see217

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see210

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see199

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see183

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see181

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri