Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sponsorsuzluğun əziyyətini çəkən ölkənin ikinci ən böyük şəhərinin Premyer Liqadakı tək təmsilçisi “Kəpəz” son turlarda toparlanmağa başlayıb.
Ardıcıl qazanılan xallar turnir cədvəlinin zirzəmisini “Səbail”ə təhvil verməsi ilə nəticələnib.
Ötən il olduğu kimi bu il də çətin olacaq işin öhdəsindən bir yumruq kimi gəlir komanda.
İstər futbolçuları, istər məşqçilər heyəti, istərsə də klub rəhbərliyi ilə birlikdə… Söz-söhbətlərin səngimədiyi, bu qədər problemlərə rəğmən Premyer Liqanı tərk etməyən komanda müəyyən zamanlarda satqınlıqların, şəxsi maraqların, ziddiyyətlər və ittihamların hədəf obyekti olub.
Uzun müddət iş üzü görməyən məşqçilərin özünü təsdiq etmək imkanları tanındığı klubda indi olduğu kimi zaman-zaman da xəyanətlər olub.
“Kəpəz” bəli, dövlətdən maliyyələşən klub kimi ayaqda qalmağa çalışır. Bu gün sponsoru olan bəzi klubların belə maliyyə çatışmazlığı var.
“Kəpəz”in də bu və ya digər təşkilatlar qarşısında maliyyə öhdəliyi olur.