Icma.az
close
up
RU
İkinci böyük şəhərin birinci problemi İdmanXəbər

İkinci böyük şəhərin birinci problemi İdmanXəbər

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sponsorsuzluğun əziyyətini çəkən ölkənin ikinci ən böyük şəhərinin Premyer Liqadakı tək təmsilçisi “Kəpəz” son turlarda toparlanmağa başlayıb. Ardıcıl qazanılan xallar turnir cədvəlinin zirzəmisini “Səbail”ə təhvil verməsi ilə nəticələnib. Ötən il olduğu kimi bu il də çətin olacaq işin öhdəsindən bir yumruq kimi gəlir komanda. İstər futbolçuları, istər məşqçilər heyəti, istərsə də klub rəhbərliyi ilə birlikdə…  

Söz-söhbətlərin səngimədiyi, bu qədər problemlərə rəğmən Premyer Liqanı tərk etməyən komanda müəyyən zamanlarda satqınlıqların, şəxsi maraqların, ziddiyyətlər və ittihamların hədəf obyekti olub. Uzun müddət iş üzü görməyən məşqçilərin özünü təsdiq etmək imkanları tanındığı klubda indi olduğu kimi zaman-zaman da xəyanətlər olub. 

“Kəpəz” bəli, dövlətdən maliyyələşən klub kimi ayaqda qalmağa çalışır. Bu gün sponsoru olan bəzi klubların belə maliyyə çatışmazlığı var. “Kəpəz”in də bu və ya digər təşkilatlar qarşısında maliyyə öhdəliyi olur. İndi kimin borcu yoxdu prizmasından məsələyə yanaşsaq, “Kəpəz”in kimlərəsə, haralarasa borcu olması normaldır. Klub dövlətdən aldığı maliyyəni uyğun bölərək borclarıni ödəyir. Əsas odur ki, müəyyən vaxtda ərzində pullar ödənilir. Heç kimə borclu qalınmır.

Müsbət nəticələr qazanıldıqda belə klub ətrafında dezinformasiyalar səngimək bilmir. Gah klubun, gah da şəhərin içindən. Bu və ya digər formada komanda daim basqı altında olub. Azarkeşlərin müəyyən qismi də bilməyərəkdən yaranan bu səs-küyə, axına düşüb. Nəticəsi də məlum…

Heç şübhəsiz ki, bəzi şəxs və ya şəxslər ortalığı bulandırmağa meyillidi. Nanəciblik etmək, oturduğu budağı baltalamağın fəsadları ağır olur. İnsan özünün dünənini unutmamalı, keçmişi yaddan çıxarmamalıdı. Mütləq ki, keçmişinə güllə atanı gələcək topa tutacaq!

Bu olanların fonunda isə gəncəli futbol azarkeşləri prosesi həyəcan və narahatlıqla izləyir. Bu artıq ölkənin ikinci ən böyük şəhərinin birinci probleminə çevrilib. Dövlət dotasiyası hesabına yaşayan, AFFA-nın köçürmələrinə bel bağlayan komanda ardıcıl neçə mövsümdür ki, çempionatda qalmağı bacarır. Yerli fanatlara isə Gəncə futbolunun yaşaması, ən azından Premyer Liqada təmsil olunması lazımdı. Müəyyən zamandan sonra isə komanda daha iddialı durum gətirilərsə, nə gözəl.

İdmanxeber.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 08 Dekabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri