İkinci müddətə Asiya İnkişaf Bankının prezidenti seçilib

01.09.2026

Marja.az saytına istinadən Icma.az xəbər verir.

Asiya İnkişaf Bankının (AİB və ya ADB - Asian Development Bank) İdarəçilər Şurasının üzvləri Masato Kandanı 2026-cı il noyabrın 24-də başlayacaq ikinci beşillik müddətə bankın prezidenti seçiblər.

AİB-in yaydığı məlumata görə, Kanda ilk dəfə 2024-cü il noyabrın 27-də ADB-nin 11-ci prezidenti seçilib və 2025-ci il fevralın 24-də vəzifəsinin icrasına başlayıb.

Bankın məlumatına görə, Kandanın rəhbərliyi dövründə ADB üzv ölkələrə maliyyə dəstəyinin miqyasını genişləndirib. 2025-ci ildə bankın maliyyə dəstəyi rekord həddə - 44 milyard ABŞ dollarına çatıb. Bu məbləğin 29 milyard ABŞ dollarından çoxunu ADB-nin resursları, təxminən 15 milyard ABŞ dollarını isə birgə maliyyələşdirmə təşkil edib. ADB-nin Nizamnaməsinə edilən düzəliş bankın illik maliyyələşdirmə potensialını 50 % artırmağa və öz vəsaitləri hesabına 36 milyard ABŞ dolları məbləğində maliyyələşdirmə həddini keçməyə imkan verib.

Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu dövr ərzində bank ölkəyə təxminən 5,6 milyard ABŞ dolları sərmayə yatırıb ki, bunun da 4,4 milyard ABŞ dolları dövlət sektoruna, 1,2 milyard ABŞ dolları isə özəl sektora yönəldilib. Maliyyələşdirmənin əsas istiqamətləri energetika (1,7 milyard ABŞ dolları) və nəqliyyatdır (1,5 milyard ABŞ dolları).

Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər maliyyələşmə təqdim etməyi planlaşdırır.

Asiya İnkişaf Bankı 1966-cı ildə yaradılıb. Bankın mənzil-qərargahı Manilada yerləşir. ADB 69 səhmdar ölkəni, o cümlədən Asiya-Sakit okean regionunun 50 dövlətini birləşdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью