İkinci müddətə Asiya İnkişaf Bankının prezidenti seçilib
Marja.az saytına istinadən Icma.az xəbər verir.
Asiya İnkişaf Bankının (AİB və ya ADB - Asian Development Bank) İdarəçilər Şurasının üzvləri Masato Kandanı 2026-cı il noyabrın 24-də başlayacaq ikinci beşillik müddətə bankın prezidenti seçiblər.
AİB-in yaydığı məlumata görə, Kanda ilk dəfə 2024-cü il noyabrın 27-də ADB-nin 11-ci prezidenti seçilib və 2025-ci il fevralın 24-də vəzifəsinin icrasına başlayıb.
Bankın məlumatına görə, Kandanın rəhbərliyi dövründə ADB üzv ölkələrə maliyyə dəstəyinin miqyasını genişləndirib. 2025-ci ildə bankın maliyyə dəstəyi rekord həddə - 44 milyard ABŞ dollarına çatıb. Bu məbləğin 29 milyard ABŞ dollarından çoxunu ADB-nin resursları, təxminən 15 milyard ABŞ dollarını isə birgə maliyyələşdirmə təşkil edib. ADB-nin Nizamnaməsinə edilən düzəliş bankın illik maliyyələşdirmə potensialını 50 % artırmağa və öz vəsaitləri hesabına 36 milyard ABŞ dolları məbləğində maliyyələşdirmə həddini keçməyə imkan verib.
Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu dövr ərzində bank ölkəyə təxminən 5,6 milyard ABŞ dolları sərmayə yatırıb ki, bunun da 4,4 milyard ABŞ dolları dövlət sektoruna, 1,2 milyard ABŞ dolları isə özəl sektora yönəldilib. Maliyyələşdirmənin əsas istiqamətləri energetika (1,7 milyard ABŞ dolları) və nəqliyyatdır (1,5 milyard ABŞ dolları).
Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər maliyyələşmə təqdim etməyi planlaşdırır.
Asiya İnkişaf Bankı 1966-cı ildə yaradılıb. Bankın mənzil-qərargahı Manilada yerləşir. ADB 69 səhmdar ölkəni, o cümlədən Asiya-Sakit okean regionunun 50 dövlətini birləşdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 01 Sentyabr 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















