Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Sinxron üzgüçülük üzrə ikiqat Olimpiya çempionu Mariya Şuroçkina Moskvada mənzilində biokamini yanacaqla doldurarkən yanıq xəsarətləri alıb.
İdman.Biz “Mash” “Telegram” kanalına istinadla xəbər verir ki, hadisə idmançının Moskvanın “Svoy” yaşayış kompleksində, 17-ci mərtəbədə yerləşən mənzilində baş verib. Biokamini yanacaqla doldurduğu zaman Şuroçkinanın geyimi alovlanıb.
Nəticədə idmançı birinci və ikinci dərəcəli yanıq xəsarətləri alıb. O, orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Mariya Şuroçkina 2016-cı ildə Rio-de-Janeyroda və 2021-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, həmçinin dəfələrlə dünya və Avropa çempionu olub. Şuroçkina rusiyalı müğənni Nyuşanın kiçik bacısıdır.