İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində xəstəxanalıq oldu
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Sinxron üzgüçülük üzrə ikiqat Olimpiya çempionu Mariya Şuroçkina Moskvada mənzilində biokamini yanacaqla doldurarkən yanıq xəsarətləri alıb.
İdman.Biz “Mash” “Telegram” kanalına istinadla xəbər verir ki, hadisə idmançının Moskvanın “Svoy” yaşayış kompleksində, 17-ci mərtəbədə yerləşən mənzilində baş verib. Biokamini yanacaqla doldurduğu zaman Şuroçkinanın geyimi alovlanıb.
Nəticədə idmançı birinci və ikinci dərəcəli yanıq xəsarətləri alıb. O, orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Mariya Şuroçkina 2016-cı ildə Rio-de-Janeyroda və 2021-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, həmçinin dəfələrlə dünya və Avropa çempionu olub. Şuroçkina rusiyalı müğənni Nyuşanın kiçik bacısıdır.
Baxış sayı:96
Bu xəbər 09 Noyabr 2026 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















