İlham Əliyev dünyanın nəbzini tutmağı bacaran liderdir Deputat Davos Forumundan DANIŞDI | …
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Prezident İlham Əliyev iştirak etdiyi bütün platformalardan Azərbaycanın sülh gündəliyini və sülh təşəbbüslərini irəli aparmaq üçün məharətlə istifadə edir.
Builki Davos İqtisadi Forumu ilə bağlı qeyd olunmalı ilkin məqam odur ki, forum “Əməkdaşlıq ruhu” mövzusu üzrə keçir.
Forum dünyanı yaxından maraqlandıran “biz daha mübahisəli dünyada necə əməkdaşlıq edə bilərik, yeni artım mənbələrini necə aça bilərik, insanlara necə daha yaxşı sərmayə qoya bilərik, innovasiyaları miqyasda və məsuliyyətlə necə tətbiq edə bilərik, planet sərhədləri daxilində rifahı necə qura bilərik” kimi beş əsas qlobal çağırış üzərində cəmlənib".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirdi.
"Azərbaycan Prezidentinin verdiyi açıqlamalara, səsləndirdiyi fikirlərə nəzər yetirərkən dövlət başçımızın fikirlərinin bu beş istiqamətlə səsləşdiyinin şahidi oluruq.
Deməli, dövlət başçımız dünyanın nəbzini tutmağı bacaran liderdir.
Azərbaycan Prezidentinin sülh təşəbbüsləri dünya tərəfindən təqdir edilir.
Tam oxu
Xəbəri oxu