Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

İlham Əliyev dünyanın nəbzini tutmağı bacaran liderdir Deputat Davos Forumundan DANIŞDI

İlham Əliyev dünyanın nəbzini tutmağı bacaran liderdir Deputat Davos Forumundan DANIŞDI

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Prezident İlham Əliyev iştirak etdiyi bütün platformalardan Azərbaycanın sülh gündəliyini və sülh təşəbbüslərini irəli aparmaq üçün məharətlə istifadə edir. Builki Davos İqtisadi Forumu ilə bağlı qeyd olunmalı ilkin məqam odur ki, forum “Əməkdaşlıq ruhu” mövzusu üzrə keçir. Forum dünyanı yaxından maraqlandıran “biz daha mübahisəli dünyada necə əməkdaşlıq edə bilərik, yeni artım mənbələrini necə aça bilərik, insanlara necə daha yaxşı sərmayə qoya bilərik, innovasiyaları miqyasda və məsuliyyətlə necə tətbiq edə bilərik, planet sərhədləri daxilində rifahı necə qura bilərik” kimi beş əsas qlobal çağırış üzərində cəmlənib".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirdi. 

"Azərbaycan Prezidentinin verdiyi açıqlamalara, səsləndirdiyi fikirlərə nəzər yetirərkən dövlət başçımızın fikirlərinin bu beş istiqamətlə səsləşdiyinin şahidi oluruq. Deməli, dövlət başçımız dünyanın nəbzini tutmağı bacaran liderdir. Azərbaycan Prezidentinin sülh təşəbbüsləri dünya tərəfindən təqdir edilir. Ermənistan Prezidenti Vaaqn Xaçatryan da Azərbaycan Prezidentinə siyasi iradəsinə və regionda sülhə nail olmaq üçün göstərdiyi səylərə görə təşəkkür etdi. İlham Əliyevin fəaliyyəti, şəxsi keyfiyyətləri Serbiya Prezidenti Aleksandr Vuçiç tərəfindən növbəti dəfə yüksək dəyərləndirildi. Forumda prezident ABŞ ilə münasibətlərə toxunaraq bildirdi ki, artıq tərəflər arasında məlumat mərkəzləri, süni intellekt, bağlantı, enerji, həmçinin müdafiə sənayesi üzrə əlaqələr dərinləşdiriləcək. Habelə, strateji tərəfdaşlıq xartiyasının yaxın vaxtlarda yekunlaşacağı və növbəti ay həyata keçəcəyinin planlaşdırıldığı da vurğulandı. Dövlət başçımız həm ənənəvi, həm də bərpaolunan enerji ilə bağlı olduqca önəmli fikirlər səsləndirdi ki, nə ənənəvi, nə də bərpa olunan enerji ilə bağlı Avropa heç bir sərmayə qoymur", - deyə o, qeyd etdi.

Millət vəkili əlavə etdi ki, bərpaolunan enerji sahəsində Azərbaycanın əsas tərəfdaşları BƏƏ, Səudiyyə Ərəbistanı, Çin, Böyük Britaniyadır:

"Diqqətçəkən məqamlardan biri də Azərbaycanda ikinci mühüm neft bumunu yaşaya biləcəyimizə dair gözləntinin açıqlanması idi. Dövlət başçımız ölkəmizin multikulturalizm, mədəni və etnik müxtəliflik, qarşılıqlı fəaliyyət və birgəyaşayışa sadiqliyini bir daha dünyaya təqdim etdi. Azərbaycanda "Dell Technologies" şirkətinin iştirakı ilə superkompüter mərkəzi yaradılması da qlobal çağırışlar fonunda mühüm məsələdir. Bütövlükdə, İlham Əliyevin Davosda keçirdiyi görüşlər Azərbaycanın milli maraqlarının təmini deməkdir".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Yanvar 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see298

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri