İlham Əliyev həmkarını qarşıladı Fotolar

12.02.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda rəsmi səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 12-də rəsmi qarşılanma mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Somali Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Somali Prezidenti Hasan Şeyx Mahmudu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Somali Prezidentinə raport verib.

Somalinin və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.







Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью