İlham Əliyev həmkarını qarşıladı Fotolar
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda rəsmi səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 12-də rəsmi qarşılanma mərasimi olub.
“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Somali Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Somali Prezidenti Hasan Şeyx Mahmudu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Somali Prezidentinə raport verib.
Somalinin və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.







İlham Əliyev həmkarını qarşıladı
20 Sentyabr 2025 12:59
İlham Əliyev italiyalı həmkarını qarşıladı VİDEO
30 Sentyabr 2025 18:24
İlham Əliyev Şimali Makedoniya Prezidentini qarşıladı FOTOLAR
11 Mart 2025 12:05
İlham Əliyev Astanada Tokayev şəxsən qarşıladı FOTOLAR
20 Oktyabr 2025 16:34
Əliyev Mirziyoyevi qarşıladı Fotolar
02 İyul 2025 15:06

