İlham Əliyevdən Ermənistan üçün çörək yolu və o paytaxtların sükutu | Icma.az
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Prezident İlham Əliyevin Qazaxıstana etdiyi dövlət səfəri dövlətimizə, onun Liderinə ehtiramın və diqqətin növbəti dəfə bariz nümunəsi oldu.
Qardaş ölkənin prezidenti Kasım-Jomart Tokayev dövlətimizin başçısını şəxsən hava limanında qarşıladı, səfərin sonunda da elə hava limanından yola saldı.
Eyni zamanda paytaxt Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsinin düzülməsi, dövlət himnlərimizin şövqlə oxunması, keçirilən görüşlərdə qardaşlıq mesajlarının verilməsi, iki qonşu və bir kökə malik xalqların arasında Xəzər üzərindən əbədi körpülərin atılmasına yönəlik mövqelərin ifadəsi, kəsəsi, hər şey ürəkaçan idi.
İnsafən, qazax qardaşlarımız bu səfərə çox yaxşı hazırlaşmışdılar, ən incə nüansları belə nəzərə alaraq...
Ziyafətdə qazax ifaçısı tərəfindən “Tut ağacı” mahnısının, həmçinin Ümummilli lideri Heydər Əliyevin sevimli mahnısı olan “Alagöz”ün səsləndirilməsi, mərhum Prezidentlə İlham Əliyevin birgə kadrlarının nümayişi duyğusal anların yaranmasına da səbəb olub.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin səsləndirdiyi “Ölkələrimiz ümumi köklərə və tarixə malikdir.
Azərbaycan Qazaxıstanın mühüm etibarlı strateji tərəfdaşıdır. Bu gün münasibətlərimiz sabit inkişaf edir.
Tam oxu
Xəbəri oxu