Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

İlham Əliyevdən Ermənistan üçün çörək yolu və o paytaxtların sükutu

İlham Əliyevdən Ermənistan üçün çörək yolu və o paytaxtların sükutu

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin Qazaxıstana etdiyi dövlət səfəri dövlətimizə, onun Liderinə ehtiramın və diqqətin növbəti dəfə bariz nümunəsi oldu. Qardaş ölkənin prezidenti Kasım-Jomart Tokayev dövlətimizin başçısını şəxsən hava limanında qarşıladı, səfərin sonunda da elə hava limanından yola saldı. Eyni zamanda paytaxt Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsinin düzülməsi, dövlət himnlərimizin şövqlə oxunması, keçirilən görüşlərdə qardaşlıq mesajlarının verilməsi, iki qonşu və bir kökə malik xalqların arasında Xəzər üzərindən əbədi körpülərin atılmasına yönəlik mövqelərin ifadəsi, kəsəsi, hər şey ürəkaçan idi. İnsafən, qazax qardaşlarımız bu səfərə çox yaxşı hazırlaşmışdılar, ən incə nüansları belə nəzərə alaraq... Ziyafətdə qazax ifaçısı tərəfindən “Tut ağacı” mahnısının, həmçinin Ümummilli lideri Heydər Əliyevin sevimli mahnısı olan “Alagöz”ün səsləndirilməsi, mərhum Prezidentlə İlham Əliyevin birgə kadrlarının nümayişi duyğusal anların yaranmasına da səbəb olub.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin səsləndirdiyi “Ölkələrimiz ümumi köklərə və tarixə malikdir. Azərbaycan Qazaxıstanın mühüm etibarlı strateji tərəfdaşıdır. Bu gün münasibətlərimiz sabit inkişaf edir. Dövlətlərarası əlaqələrimizin möhkəmlənməsinə xüsusi diqqət yetiririk. Xalqlarımız arasında dostluğun gələcəkdə də hərtərəfli möhkəmlənməsi və müxtəlif sahələrdə əməkdaşlığa yeni təkan verilməsi əsas məqsəddir. Bu, iki ölkənin köklü maraqlarına uyğundur. Əminəm ki, bu səfər Qazaxıstan-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə kömək edəcək”, əminliyi bu səfərin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləmiş oldu.

Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev “Bu gün Qazaxıstan bütün dünyada etibarlı tərəfdaşdır, milli maraqları çərçivəsində öz siyasətini həyata keçirən, öz kursu ilə irəliləyən dövlət kimi həm də hər şeydən əvvəl yaxşı dostdur. Azərbaycana gəldikdə, xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə biz həmişə qardaş dəstəyini hiss etmişik, hər zaman bunu görmüşük. İşğal dövründə Qazaxıstan bütün beynəlxalq platformalarda, Azərbaycanın bütün beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə bizi dəstəkləyib, bizimlə həmrəyliyə səs verib və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına kömək edib”, deməklə qardaş Qazaxıstanın dar günün də dost-qardaşı olduğunu bir daha bəyan etdi.

Bir müddət öncə Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvəsindən sonra bir daha qardaş ölkələrin liderləri dostları sevindirən, düşmənləri qəm dəryasına batıran mövqelərini nümayiş etdirdilər. Təkcə bəyanatlarla kifayətlənmədilər, həmçinin ölkələrimiz arasında bütün sahələri əhatə edən real vəziyyətdən bəhs edildi, perspektivlərlə bağlı anlaşmalar elan olundu, növbəti hədəflərin anonsu verildi.

Dövlət başçımız məmnuniyyətlə bildirdi ki, avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və onun bu prosesə fəal köməyi ilə sülh sazişinin paraflanmasından sonra Qazaxıstan birincilər sırasında bu məsələyə öz münasibətini bildirib. Sitat: “Mənim Kasım-Jomart Kemeleviç ilə telefon danışığım olub, ona əldə edilən razılaşmaların bütün detalları haqqında məlumat vermişəm və bir daha Azərbaycana qardaş münasibətinin şahidi olmuşam. Biz bu gün də Ali Dövlətlərarası Şuranın iclası çərçivəsində bu məsələ haqqında da, ümumiyyətlə həmin razılaşmaların Cənubi Qafqaza və daha geniş coğrafiyaya, o cümlədən nəqliyyat-logistika sahəsinin inkişafına müsbət təsiri barədə danışmışıq”. Ölkə Prezidenti digər qardaş ölkələrin liderləri ilə də Vaşinqton görüşlərinin nəticələri barədə danışmışdı, onların təbriklərini qəbul etmişdi. Vaşinqton razılaşması Azərbaycanın irəli sürdüyü sülh şərtlərinin qəbul olunması baxımından ölkəmizin növbəti diplomatik uğuru olmaqla yanaşı, həm də region ölkələri üçün əlavə perspektivlər açır. Zəngəzur dəhlizi – Tramp marşrutu qardaş Qazaxıstan daxil, bir çox dövlətlərin arzularının reallaşmasıdır, bu arzunu İlham Əliyevin Azərbaycanı reallaşdırmaqdadır!

Azərbaycanın dövlət başçısının Ermənistanla bağlı səsləndirdiyi bəyanat isə bir çoxlarını şaşırdıb. Ermənistandan gələn reaksiyalar bunu deməyə əsas verir. Revanşistlər çaşıb qalıblar, onlar yeni gərginlik ocağının yaranacağına ümid edirdilər, bulanıq suda balıq tutmaq, hakimiyyət əldə etmək sevdasındaydılar, xüsusilə də seçkilər qabağı...Dünənə qədər Ermənistandan Azərbaycana qarşı maşa kimi istifadə edən paytaxtlar isə İlham Əliyevin həmin bəyanatından necə şok keçiriblərsə, nitqləri tutulub, heç olmasa növbətçi “alqışlayırıq”, açıqlamasını belə yaymırlar. Uzun illər ermənilər üçün “yasxana qurub”, Azərbaycanın kölgəsini qılınclayan AŞ PA, ATƏT, Avropa parlamenti, Fransa Milli Assambleyası, digər ermənipərəst paytaxtlar, elə ABŞ-dəki ermənipərəst konqresmenlər, zatulinlər, başqa zatıqırıqlar...niyə susurlar?

Dövlətimizin başçısı Astanada bəyan etdi: “Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.

Laçın postundan zorla keçib, Xankəndidəki ermənilərə “ərzaq” aparmaq istəyən Fransa TIR-ları yadınızdadırmı? Ya da Ağdamda gözləyən Azərbaycana məxsus yük maşınları... O zaman ermənilər və havadarları hay-küy qaldırmışdılar ki, guya Xankəndidəki ermənilər ac qalıb, amma Əskəranda yolu kəsib, Azərbaycan ununu geri qaytarırdılar...

Hətta Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, mobil könüllü dəstələrindən ibarət heyəti 40 ton unu Xankəndiyə çatdırmaq üçün 29 gün (!) Ağdam-Xankəndi yolunun üzərində çadırlar quraraq gözlədilər. Ermənilər “biz ölərik, türk çörəyi yemərik”, deyib, qəbul etmədilər. (Maraqlıdır, indi necə olur, qazax türklərinin buğdasını Azərbaycan üzərindən keçməklə məmnuniyyətlə qəbul edirlər?) 

Cənab İlham Əliyev Astana bəyanatı ilə bir daha sözü və imzasının vəhdət təşkil etdiyini isbatladı. Bir daha nümayiş etdirdi ki, onun üçün “biz sülhə sadiqik”, məzmunlu bəyanatını harda səsləndirməsinin - Şuşada, yaxud Vaşinqtonda fərqi yoxdur, dedi, qurtardı! Ermənistana taxıl yolunun Azərbaycan üzərindən açıldığını elan etməsi İlham Əliyevi daha da böyütdü, bəşəri şəxsiyyətə çevirmiş oldu. İndi bunu hələlik dost-düşmən doğru-düzgün qiymətləndirə bilməz bəlkə də, qərəz də birilərinə imkan verməz. Amma vaxt gələcək, tarix öz qiymətini verəcək. Ermənistan o ölkədir ki, Azərbaycana son bir əsrdə dəhşətlər yaşadıb, təkcə torpaqlarımızda öz dövlətlərini elan etsəydilər, nə vardı ki...Azərbaycanlılara qarşı törədilən soyqırımları xatırlatmaq kifayət edər. Amma bu soyqırımlar təkcə insanlarımıza qarşı olmayıb. Qəbirlərimizdən ağaclarımıza, çeşməli bulaqlarımıza qədər törədilib.

Elə bu günlərdə Bakıda keçirilən məhkəmə prosesində azərbaycanlı körpələrin necə qətlə yetirilməsi barədə tükürpədici faktlar açıqlanır...4 min itkinimizdən hələ də xəbər yoxdur, içərisində də 71 məsum körpələrimiz...Bunlar da son deyil. Ermənistan 33 il ərzində, bir qərinə boyunca Naxçıvanın yarım milyon əhalisini acından öldürmək üçün əlindən gələni edib. Bu gün də blokada ortadan götürülməyib hələ...Kəlbəcərdə mühasirədə qalan insanlarımızın həyat hekayələri dəhşətə salır adamı. Bağanis Ayrımdan Başlıbelədək, Xocalıyadək...o qədər qan qoxulu faktlar var ki...Ermənistan azərbaycanlılara qarşı o qədər pisliklər ediblər ki. Ermənistanın pislikləri hesabına yüz minlərlə insanımız aclıq da görüb, səfalət də... Amma İlham Əliyev Ermənistanı çörəklə imtahana çəkmir, əksinə, Azərbaycan ərazisindən taxıl daşınması üçün yolun açıq olduğunu elan edir! Bütün bunlardan sonra Nikol Paşinyan təbii ki, Azərbaycan Liderinə minnətdar olmalı idi, oldu da. Azərbaycan Prezidenti ləyaqətli müharibə aparıb və bir mülki erməniyə belə zərər dəyməyib bu savaşda. İndi də ləyaqətli siyasət davam edir, dava bitdi, sülh yolu başlayıb. Sülhə, təhlükəsizliyə aparan yeganə yolu kəsmək isə Ermənistanı fəlakətin dibinə yuvarlayar, hakimiyyətli-radikal müxalifətli, Paşinyan bunun fərqindədir.

Amma zaman tələsdirir, İlham Əliyev Vaşinqton görüşündən sonra növbəti dəfə Ermənistana Zəngəzur dəhlizi ilə bağlı mesajını yollamış oldu. 2026-cı ilin ortalarınadək Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki tikintisi başa çatacaq, 43 kim-lik məsafədə işə başlayın! Paşinyan Tiflisdə bununla bağlı bir sıra xoşagələn bəyanatlar səsləndirib, lakin bu bəyanatlar 5 il gecikib, dərhal sözdən işə keçmək lazımdır!

Azərbaycan Prezidentinin Astana bəyanatı Ermənistanı silkələyib, hakimiyyət və revanşistlər bir-birinə dəyib. Vaxt var idi Azərbaycan mediası erməni mətbuatını izləyirdi, görək nə yazacaqlar deyə...İndi Ermənistan mediası dörd gözlə Azərbaycan mətbuatını izləyir, Prezident İlham Əliyevin qrafikini təqib edir, nə deyəcəyini gözləyir. Budur, dövlət başçımızın Astanada səsləndirdiyi bir neçə kəlməsi bəs edib ki, Ermənistan bir-birinə dəysin. Paşinyan Tiflisdən Prezident Əliyevə təşəkkür etdi, Zəngəzur dəhlizi, boru kəmərləri, kommunikasiyalarla bağlı bəyanat verdi, az qala elə bizim bir rəsmimiz kimi danışdı, Zəngəzur dəhlizinə mane olmağa çalışan ölkələri sakitləşdirməyə çalışdı, həmçinin erməni revançistləri. Ermənistan daxilində də revanşistlərin qələmi qırılmış vəziyyətdədir. İlham Əliyev müharibəsiz növbəti hədəflərə çatmaqdadır, erməni mediası artıq Tramp marşrutunu unudub, Prezidentə istinadən Zəngəzur dəhlizindən bəhs edirlər. Bir azdan hamı biz deyəni deyəcək, İlham Əliyevin açıq elan etdiyi çörək yolunu sükutla qarşılayanlar da...

Elşad Paşasoy

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Oktyabr 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri