Moderator.az saytına istinadən Icma.az xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanall
Müsahibəsində Ermənistandakı faşizm meyillərinə toxunan dövlət başçısı, rəsmi İrəvana faktiki olaraq növbəti seçim şansı verib.
Prezident bildirib ki, Ermənistandakı faşizmi ya İrəvan məhv etməlidir, ya da bu missiyanı Azərbaycan icra edəcək: “...faşizm məhv edilməlidir.
Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.
Sitatdan da göründüyü kimi, Prezident İlham Əliyev bu dəfə də Ermənistan hakimiyyətinə mövcud vəziyyəti, bu vəziyyətin regional təhlüəsizlik üçün nə dərəcədə böyük təhdid olduğunu aydın izah edib.
Bu izah fonunda İrəvanı ölkə daxilindəki faşizm meyillərini ortadan qaldırmaq üçün əməli adımlar atmağa səsləyib.
Müzəffər Ali Baş Komandan eyni zamanda bildirib ki, İrəvanın hərəkətsizliyi rəsmi Bakını bu istiqamətdə konkret addımlar atmağa vadar edəcək.
Prezident İlham Əliyevin erməni faşizmi ilə bağlı məsələni İrəvan qarşısında belə aydın və sərt şəkildə qoyması heç də təsadüfi deyil.