Icma.az
close
up
RU
İlham Əliyevdən İrəvana növbəti seçim şansı: Ya siz edin, ya biz edəcəyik!

İlham Əliyevdən İrəvana növbəti seçim şansı: Ya siz edin, ya biz edəcəyik!

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib. Müsahibəsində Ermənistandakı faşizm meyillərinə toxunan dövlət başçısı, rəsmi İrəvana faktiki olaraq növbəti seçim şansı verib. Prezident bildirib ki, Ermənistandakı faşizmi ya İrəvan məhv etməlidir, ya da bu missiyanı Azərbaycan icra edəcək:

“...faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”. 

Sitatdan da göründüyü kimi, Prezident İlham Əliyev bu dəfə də Ermənistan hakimiyyətinə mövcud vəziyyəti, bu vəziyyətin regional təhlüəsizlik üçün nə dərəcədə böyük təhdid olduğunu aydın izah edib. Bu izah fonunda İrəvanı ölkə daxilindəki faşizm meyillərini ortadan qaldırmaq üçün əməli adımlar atmağa səsləyib. Müzəffər Ali Baş Komandan eyni zamanda bildirib ki, İrəvanın hərəkətsizliyi rəsmi Bakını bu istiqamətdə konkret addımlar atmağa vadar edəcək.

Prezident İlham Əliyevin erməni faşizmi ilə bağlı məsələni İrəvan qarşısında belə aydın və sərt şəkildə qoyması heç də təsadüfi deyil. Azərbaycan uzun illərdir ki, erməni faşizmindən əziyyət çəkib, ona qarşı mübarizədə böyük qrubanlar verib. 8 Noyabr zəfəri sayəsində erməni faşizminə ölümcül zərbə vurmağa nail olan dövlətimizin bu təhlükənin  yenidən ciddiləşməsindən narahatlıq duyması təbiidir.

Yaxın tarixi keçmişin təcrübəsi isə Azərbaycanın öz xəbərdarlığında kifayət qədər ciddi olduğunu göstərir. Rəsmi İrəvanın Ermənistan daxilində çiçəklənən faşizmə göz yummaqda davam edəcəyi təqdirdə, faşizmin məhvi missiyasının Azərbaycan tərəfindən böyük qətiyyətlə həyata keçiriləcəyi birmənalıdır. 44 günlük Vətən müharibəsi və 23 saatlıq lokal antiterror tədbirləri dövlətimizin bu kimi məsələlərdəki həssaslıq və prinsipiallığından xəbər verir. Bu isə o deməkdir ki, İrəvan yeni bir qulaqburması almaq istəmirsə, gec olmadan erməni faşizminə qarşı mübarizəyə başlamalı, yaxın keçmişdən dərs almaq bacarığı nümayiş etdirməlidir. Əks təqdirdə, Azərbaycan əsgərinin ayaq səslərinin İrəvan küçələrdində eşidilməsi qaçılmaz olacaq!

Seymur ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Yanvar 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see275

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see250

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see209

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see195

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see175

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see146

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see145

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see137

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see133

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri