İlham Əliyevin müəyyənləşdirdiyi bu düstur sağ qalmaq və tarix yazmaq istəyən dövlətlər üçün əsas mayak rolunu oynayacaq

23.01.2026

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Bu gün başa çatan #Davos 2026 Forumu yalnız dünya iqtisadiyyatının gələcəyi baxımından deyil, həm də qlobal geosiyasi strukturun transformasiyası baxımından mühüm bəyanatlarla yadda qaldı. Forumdan öncə açıqlanan Qlobal Risk Hesabatı da göstərirdi ki, beynəlxalq münasibətlərin vəziyyəti "soyuqlamış, hərarəti qalxmış və virusa yoluxmuş" formadadır.
Davos zirvəsi Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Pakistan kimi ölkələrin artıq "orta güc" olduqlarını rəsmən təsdiqlədi. Bu ölkələr beynəlxalq münasibətlərin obyekti olmaqdan çıxıb, qərarverici subyektinə transformasiya oldular.
Almaniya Kanslerinin çıxışı Avropanın yeni düzəndə Berlin mərkəzli təmsil olunacağının mesajı idi. Kansler son 30 ildə beynəlxalq hüquqa əsaslanan nizamın qüsurlu olduğunu və təməl sütunlarının sarsıldığını etiraf etdi. Yeni sistemin sərt gücə əsaslanacağını bildirən Almaniya, özünü Rusiya, Çin və ABŞ-dan sonra növbəti qlobal güc mərkəzi kimi təqdim etdi.
Almaniyanın Kansleri :"Biz heç vaxt bir şeyi unutmamalıyıq: yalnız gücə əsaslanan dünya təhlükəli dünyadır. İlk növbədə kiçik dövlətlər üçün, orta dövlətlər üçün və o cümlədən böyük dövlətlər üçün təhlükəlidir. Mən bunu ağır qəlblə deyirəm. XX əsrdə mənim ölkəm Almaniya bu acını son damlasına qədər daddı. Almaniya bu dünyanı dərin bir uçuruma yuvarlatdı. " Almaniya kansleri etik normalarla məhdudlaşdırılmayan gücün fəlakət gətirəcəyini etiraf etdi.
Almaniya Kanslerinin bu tezisi əslində #Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə müxtəlif tribunalardan səsləndirilib. Dövlət başçısı yerli mediaya müsahibəsində qeyd etmişdi:"Bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var... Heç bir ölkə nahaq iş görməməli, digərinin ərazi bütövlüyünə göz dikməməlidir."
Davos 2026 göstərdi ki, dünyanın "güclünün hüququ" dövrünə qədəm qoyduğu bir zamanda, İlham Əliyevin müəyyənləşdirdiyi bu düstur sağ qalmaq və tarix yazmaq istəyən dövlətlər üçün əsas mayak rolunu oynayacaq.
Aqil Məmmədov, politoloq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью