İlham Əliyevin müəyyənləşdirdiyi bu düstur sağ qalmaq və tarix yazmaq istəyən dövlətlər üçün əsas mayak rolunu oynayacaq
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün başa çatan #Davos 2026 Forumu yalnız dünya iqtisadiyyatının gələcəyi baxımından deyil, həm də qlobal geosiyasi strukturun transformasiyası baxımından mühüm bəyanatlarla yadda qaldı. Forumdan öncə açıqlanan Qlobal Risk Hesabatı da göstərirdi ki, beynəlxalq münasibətlərin vəziyyəti "soyuqlamış, hərarəti qalxmış və virusa yoluxmuş" formadadır.
Davos zirvəsi Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Pakistan kimi ölkələrin artıq "orta güc" olduqlarını rəsmən təsdiqlədi. Bu ölkələr beynəlxalq münasibətlərin obyekti olmaqdan çıxıb, qərarverici subyektinə transformasiya oldular.
Almaniya Kanslerinin çıxışı Avropanın yeni düzəndə Berlin mərkəzli təmsil olunacağının mesajı idi. Kansler son 30 ildə beynəlxalq hüquqa əsaslanan nizamın qüsurlu olduğunu və təməl sütunlarının sarsıldığını etiraf etdi. Yeni sistemin sərt gücə əsaslanacağını bildirən Almaniya, özünü Rusiya, Çin və ABŞ-dan sonra növbəti qlobal güc mərkəzi kimi təqdim etdi.
Almaniyanın Kansleri :"Biz heç vaxt bir şeyi unutmamalıyıq: yalnız gücə əsaslanan dünya təhlükəli dünyadır. İlk növbədə kiçik dövlətlər üçün, orta dövlətlər üçün və o cümlədən böyük dövlətlər üçün təhlükəlidir. Mən bunu ağır qəlblə deyirəm. XX əsrdə mənim ölkəm Almaniya bu acını son damlasına qədər daddı. Almaniya bu dünyanı dərin bir uçuruma yuvarlatdı. " Almaniya kansleri etik normalarla məhdudlaşdırılmayan gücün fəlakət gətirəcəyini etiraf etdi.
Almaniya Kanslerinin bu tezisi əslində #Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə müxtəlif tribunalardan səsləndirilib. Dövlət başçısı yerli mediaya müsahibəsində qeyd etmişdi:"Bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var... Heç bir ölkə nahaq iş görməməli, digərinin ərazi bütövlüyünə göz dikməməlidir."
Davos 2026 göstərdi ki, dünyanın "güclünün hüququ" dövrünə qədəm qoyduğu bir zamanda, İlham Əliyevin müəyyənləşdirdiyi bu düstur sağ qalmaq və tarix yazmaq istəyən dövlətlər üçün əsas mayak rolunu oynayacaq.
Aqil Məmmədov, politoloq
Bu mövzuda digər xəbərlər:Prezident İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu xarici siyasət
18 İyun 2025 10:16
Prezidet İlham Əliyevin əsas MESAJLARI
16 Noyabr 2025 04:15
İlham Əliyevin BMT tribunasından əsas MESAJI
26 Sentyabr 2025 12:49
İlham Əliyevin İrəvana səfəri üçün... Politoloq
26 May 2025 12:45
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kurs davam edir ŞƏRH EDİLDİ
31 Oktyabr 2025 16:04
Baxış sayı:64
Bu xəbər 23 Yanvar 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















