Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 4 fevral, Günel Alıyeva, foto Səfiyar Məcnun, AZƏRTAC
Qara Qarayevin musiqisi təkcə Azərbaycanda deyil, bütün dünyada musiqisevərlərin zövqünü oxşayır. Onun əsərləri musiqiçilər tərəfindən mütəmadi olaraq səsləndirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Əməkdar artisti İlham Nəzərov bildirib.
O qeyd edib ki, Qara Qarayevin musiqisinin ilk dəfə kontratenor səsi ilə ifa olunması xüsusilə əlamətdar hadisədir.
“Azərbaycan musiqisinin, eləcə də bəstəkarlarının əsərlərinin təbliği biz ifaçılar üçün son dərəcə önəmlidir. Qara Qarayev kimi böyük sənətkarın doğulduğu vətəndə dünyaya gəlmək isə insana xüsusi fəxarət hissi bəxş edir”, – deyə İlham Nəzərov əlavə edib.