İlham Nəzərov: Qara Qarayevin musiqisi bütün dünyada musiqisevərlərin zövqünü oxşayır
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 4 fevral, Günel Alıyeva, foto Səfiyar Məcnun, AZƏRTAC
Qara Qarayevin musiqisi təkcə Azərbaycanda deyil, bütün dünyada musiqisevərlərin zövqünü oxşayır. Onun əsərləri musiqiçilər tərəfindən mütəmadi olaraq səsləndirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Əməkdar artisti İlham Nəzərov bildirib.
O qeyd edib ki, Qara Qarayevin musiqisinin ilk dəfə kontratenor səsi ilə ifa olunması xüsusilə əlamətdar hadisədir.
“Azərbaycan musiqisinin, eləcə də bəstəkarlarının əsərlərinin təbliği biz ifaçılar üçün son dərəcə önəmlidir. Qara Qarayev kimi böyük sənətkarın doğulduğu vətəndə dünyaya gəlmək isə insana xüsusi fəxarət hissi bəxş edir”, – deyə İlham Nəzərov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 04 Fevral 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















