Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan paracüdoçusu İlham Zəkiyev Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-Pri turnirində bürünc medal qazanıb.
İdman.Biz xəbər verir ki, J1 kateqoriyasında +95 kq çəki dərəcəsində mübarizə aparan ikiqat paralimpiya çempionumuz üçüncü yeri tutub.
Zəkiyev 1/8 finalda Böyük Britaniya təmsilçisi Den İnqlişi məğlub edib. O, 1/4 finalda moldovalı İan Basoka uduzsa da, təsəlliverici görüşdə özbəkistanlı Ulmas Rayimova qalib gəlib.
Bürünc medal uğrunda qarşılaşmada isə təmsilçimiz qazaxıstanlı Baqlanbek Onalbeki məğlub edərək fəxri kürsüyə yüksəlib.