İlham Zəkiyev Misirdə Qran Prinin bürünc medalını qazandı
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan paracüdoçusu İlham Zəkiyev Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-Pri turnirində bürünc medal qazanıb.
İdman.Biz xəbər verir ki, J1 kateqoriyasında +95 kq çəki dərəcəsində mübarizə aparan ikiqat paralimpiya çempionumuz üçüncü yeri tutub.
Zəkiyev 1/8 finalda Böyük Britaniya təmsilçisi Den İnqlişi məğlub edib. O, 1/4 finalda moldovalı İan Basoka uduzsa da, təsəlliverici görüşdə özbəkistanlı Ulmas Rayimova qalib gəlib.
Bürünc medal uğrunda qarşılaşmada isə təmsilçimiz qazaxıstanlı Baqlanbek Onalbeki məğlub edərək fəxri kürsüyə yüksəlib.
Bu mövzuda digər xəbərlər:İlham Zəkiyev Misirdə keçirilən Qran pridə iştirak edəcək
20 Noyabr 2026 17:05
İlham Zəkiyev Paralimpiadada bürünc medal qazandı
04 Noyabr 2024 17:35
İlham Zəkiyev Astana Qran prisində mübarizəyə başlayır
13 May 2026 10:42
İlham Zəkiyev Qran Pri turnirində çıxış edəcək
20 Noyabr 2026 17:20
Paraatletimiz Beynəlxalq Qran Prinin gümüş medalını qazanıb
16 İyun 2026 22:38
Baxış sayı:75
Bu xəbər 21 Noyabr 2026 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















