“İllər ərzində heç bir məqaləsi olmayan alimin özünü alim bilməsi ayıbdır” Emin Əmrullayev

16.12.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

“Son illər heç bir məqaləsi olmayan alim özünə alim deməyə utanmalıdır"
Bizim.Media xəbər verir ki, bu sözləri Elm və Təhsil Naziri Emin Əmrullayev NASCOXVIII konfransındakı çıxışında qeyd edib.
"Biz elə etməliyik ki, alimin məqaləsi olmayanda özünə alim deməyə utansın. Deməliyik ki, sənin 5 ildə məqalən yoxdur. İllər ərzində məqaləsi olmayan alimin özünü alim bilməsi həqiqətən ayıbdır.
Bunu da dəyişə bilərik", - deyə nazir əlavə edib.
Emin Əmrullayev bildirib ki, Azərbaycan təhsilinin keyfiyyətinin düşməsinin səbəblərindən biri də alim adı düşməyənlərə o adın verilməsidir.
"Elmdə yalanlar təhsilimizi yaxşı yerə çıxarmayıb".
Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью