“İllər ərzində heç bir məqaləsi olmayan alimin özünü alim bilməsi ayıbdır” Emin Əmrullayev
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
“Son illər heç bir məqaləsi olmayan alim özünə alim deməyə utanmalıdır"
Bizim.Media xəbər verir ki, bu sözləri Elm və Təhsil Naziri Emin Əmrullayev NASCOXVIII konfransındakı çıxışında qeyd edib.
"Biz elə etməliyik ki, alimin məqaləsi olmayanda özünə alim deməyə utansın. Deməliyik ki, sənin 5 ildə məqalən yoxdur. İllər ərzində məqaləsi olmayan alimin özünü alim bilməsi həqiqətən ayıbdır.
Bunu da dəyişə bilərik", - deyə nazir əlavə edib.
Emin Əmrullayev bildirib ki, Azərbaycan təhsilinin keyfiyyətinin düşməsinin səbəblərindən biri də alim adı düşməyənlərə o adın verilməsidir.
"Elmdə yalanlar təhsilimizi yaxşı yerə çıxarmayıb".
Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:Nazir: Xaricdə elmi məqaləsi olmayan özünü alim adlandırmamalıdır
16 Dekabr 2025 11:42
Emin Əmrullayev: Son illər olimpiadalara 80 mindən çox şagird cəlb olunub
24 İyun 2025 10:50
Emin Əmrullayev: Azərbaycanda bəzi elmi qurumlar il ərzində cəmi bir məqalə dərc edirlər
08 Aprel 2025 11:15
Baxış sayı:82
Bu xəbər 16 Dekabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















