İllər sonra “qızı” ilə görüşdü Video

13.11.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Türkiyəli aktrisa Neslihan Atagül 9 il sonra “Kara Sevda” serialında qızı Deniz obrazını canlandıran Arven Beren Kuşatmanla bir araya gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Arven Beren Kuşatman sosial şəbəkə hesabında paylaşım edib.

Daha sonra həmin paylaşımı Neslihan da “Instagram” hesabının hekayə bölümünə yerləşdirib. 

Görüş ötən gün İstanbulda, aktrisanın ilk uşaq kitabının təqdimat mərasimində baş tutub. Belə ki, Arven Beren aktrisanı təbrik etmək və imzalı kitab almaq üçün tədbirə qatılıb.

Arveni qucaqlayan Neslihan Atagül “Əlimdə böyüdü, üç aylıqkən verdilər mənə, böyümüsən”, - sözlərini deyib. 

Qeyd edək ki, “Kara Sevda” 2015–2017-ci illərdə Türkiyənin “Star TV” kanalında yayımlanıb. Baş rollarını Burak Özçivit, Neslihan Atagül və Kaan Urgancıoğlunun paylaşdığı ekran işi Beynəlxalq Emmi Mükafatı (“Ən yaxşı telenovela”) qazanan ilk türk serialı kimi tarixə düşüb.





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью