İllər sonra “qızı” ilə görüşdü Video
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Türkiyəli aktrisa Neslihan Atagül 9 il sonra “Kara Sevda” serialında qızı Deniz obrazını canlandıran Arven Beren Kuşatmanla bir araya gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Arven Beren Kuşatman sosial şəbəkə hesabında paylaşım edib.
Daha sonra həmin paylaşımı Neslihan da “Instagram” hesabının hekayə bölümünə yerləşdirib.
Görüş ötən gün İstanbulda, aktrisanın ilk uşaq kitabının təqdimat mərasimində baş tutub. Belə ki, Arven Beren aktrisanı təbrik etmək və imzalı kitab almaq üçün tədbirə qatılıb.
Arveni qucaqlayan Neslihan Atagül “Əlimdə böyüdü, üç aylıqkən verdilər mənə, böyümüsən”, - sözlərini deyib.
Qeyd edək ki, “Kara Sevda” 2015–2017-ci illərdə Türkiyənin “Star TV” kanalında yayımlanıb. Baş rollarını Burak Özçivit, Neslihan Atagül və Kaan Urgancıoğlunun paylaşdığı ekran işi Beynəlxalq Emmi Mükafatı (“Ən yaxşı telenovela”) qazanan ilk türk serialı kimi tarixə düşüb.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 13 Noyabr 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















