İllərdir zərərli bilirdik, amma... Alimlər peyvənd əvəzi istifadə edir | Icma.az
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Pivədən peyvənd olar?" sualı artıq zarafat deyil, elmi müzakirələrin mərkəzinə çevrilmiş maraqlı bir iddiadır.
Belə ki, Yaponiyadan gələn son araşdırmalar bu məşhur içkinin tərkibindəki bəzi maddələrin orqanizmi ağır xəstəliklərdən necə qoruya biləcəyini üzə çıxarıb.Demokrat.az xəbər verir ki, Yaponiya Radioloji İnstitutunun alimləri pivənin tərkibindəki "ksantohumol" maddəsinin xərçəng hüceyrələrinə qarşı mübarizədə peyvənd effekti verdiyini bildiriblər.
Ekspert qeyd edir ki, xüsusilə filtr olunmamış pivədə olan flavonoidlər kanserogen maddələri zərərsizləşdirərək şişlərin yaranma riskini azaldır.
Lakin burada bir vacib məqam var. Bu "peyvənd" effekti yalnız çox kiçik dozalarda və təbii tərkibli içkilərdə keçərlidir.
Həkimlər xəbərdarlıq edir ki, normadan artıq istifadə "pivə ürəyi" sindromuna və qaraciyər yağlanmasına səbəb olur ki, bu da bütün faydaları sıfıra endirir."Pivə xərçəngə və viruslara qarşı qoruyucudur" iddiası əslində ilk dəfə 2012-ci ildə Sapporo Tibb Universitetinin araşdırması ilə dünyaya yayılmışdı.
O zaman alimlər pivənin tərkibindəki humulon maddəsinin tənəffüs yolları viruslarına (RSV) qarşı mübarizə apardığını sübut etmişdilər.Məlumat üçün bildirək ki, alkoqol asılılığı müasir tibbin ən böyük problemlərindən biridir.Kənan Demokrat.az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu