İllərdir zərərli bilirdik, amma... Alimlər peyvənd əvəzi istifadə edir
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Pivədən peyvənd olar?" sualı artıq zarafat deyil, elmi müzakirələrin mərkəzinə çevrilmiş maraqlı bir iddiadır. Belə ki, Yaponiyadan gələn son araşdırmalar bu məşhur içkinin tərkibindəki bəzi maddələrin orqanizmi ağır xəstəliklərdən necə qoruya biləcəyini üzə çıxarıb.
Demokrat.az xəbər verir ki, Yaponiya Radioloji İnstitutunun alimləri pivənin tərkibindəki "ksantohumol" maddəsinin xərçəng hüceyrələrinə qarşı mübarizədə peyvənd effekti verdiyini bildiriblər. Ekspert qeyd edir ki, xüsusilə filtr olunmamış pivədə olan flavonoidlər kanserogen maddələri zərərsizləşdirərək şişlərin yaranma riskini azaldır. Lakin burada bir vacib məqam var. Bu "peyvənd" effekti yalnız çox kiçik dozalarda və təbii tərkibli içkilərdə keçərlidir. Həkimlər xəbərdarlıq edir ki, normadan artıq istifadə "pivə ürəyi" sindromuna və qaraciyər yağlanmasına səbəb olur ki, bu da bütün faydaları sıfıra endirir.
"Pivə xərçəngə və viruslara qarşı qoruyucudur" iddiası əslində ilk dəfə 2012-ci ildə Sapporo Tibb Universitetinin araşdırması ilə dünyaya yayılmışdı. O zaman alimlər pivənin tərkibindəki humulon maddəsinin tənəffüs yolları viruslarına (RSV) qarşı mübarizə apardığını sübut etmişdilər.
Məlumat üçün bildirək ki, alkoqol asılılığı müasir tibbin ən böyük problemlərindən biridir.
Kənan
Demokrat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 22 Yanvar 2026 02:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















