İllik 36 faizlə kredit verir, amma dövlətə yarım milyon borcludur

01.06.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

"İnternational" QSC bank olmayan kredit təşkilatının (BOKT) yarım milyon manat vergi borcu yığılıb.

"Yeni Sabah" Yurd.Media-ya istinadən xəbər verir ki, illik 34-36% faiz dərəcəsi ilə ölkədə ən bahalı kredit verən BOKT-lardan olan "İnternational"ın hazırda dövlət qarşısında vergi borcunun miqdarı 557 340 manat təşkil edir.

2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərinə nəzər saldıqda kredit təşkilatı ötən il 5,55 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 15% çoxdur. Toyuqlu pizza

Bu ilin əvvəlinə "International"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 33,2% çox - 60,65 milyon manat, o cümlədən kredit portfeli 35% çox - 51,25 milyon manat təşkil edib.

BOKT-un öhdəlikləri 46,5 milyon manat (38,1% çox), balans kapitalı isə 14,15 milyon manat (19,4% çox), o cümlədən nizamnamə kapitalı 10 milyon manat (25% çox) olub.

Qeyd edək ki, "International" 2013-cü ildə yaradılıb. Nizamnamə kapitalı 10 milyon manat olan BOKT-un yeganə səhmdarı Rifat Həsənovdur, direktoru isə Nicat Həsənovdur.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью