İllik 36 faizlə kredit verir, amma dövlətə yarım milyon borcludur
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
"İnternational" QSC bank olmayan kredit təşkilatının (BOKT) yarım milyon manat vergi borcu yığılıb.
"Yeni Sabah" Yurd.Media-ya istinadən xəbər verir ki, illik 34-36% faiz dərəcəsi ilə ölkədə ən bahalı kredit verən BOKT-lardan olan "İnternational"ın hazırda dövlət qarşısında vergi borcunun miqdarı 557 340 manat təşkil edir.
2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərinə nəzər saldıqda kredit təşkilatı ötən il 5,55 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 15% çoxdur. Toyuqlu pizza
Bu ilin əvvəlinə "International"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 33,2% çox - 60,65 milyon manat, o cümlədən kredit portfeli 35% çox - 51,25 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 46,5 milyon manat (38,1% çox), balans kapitalı isə 14,15 milyon manat (19,4% çox), o cümlədən nizamnamə kapitalı 10 milyon manat (25% çox) olub.
Qeyd edək ki, "International" 2013-cü ildə yaradılıb. Nizamnamə kapitalı 10 milyon manat olan BOKT-un yeganə səhmdarı Rifat Həsənovdur, direktoru isə Nicat Həsənovdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 01 İyun 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















