İllüziyalardan gerçəkliyə: Hayların Fransadan mədəd ummaq dövrü başa çatır | Icma.az
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Uzun onilliklər ərzində yürütdüyü işğalçılıq siyasəti səbəbindən regionda dalan vəziyyətinə düşən, iki qonşu ölkə – Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olan, bunun nəticəsində iqtisadi inkişafdan, regional inteqrasiyanın üstünlüklərindən məhrum qalan Ermənistanda İkinci Qarabağ müharibəsindən sonra müxtəlif ölkələri ittiham etmək adi hal alıb.
Müharibədə sarsıdıcı məğlubiyyətə düçar olan hakimiyyət məsuliyyətdən yayınmaq üçün xarici qüvvələri günahlandırmaq yolunu tutub.
Bu tendensiya xüsusilə Rusiyaya, Qərb dövlətlərinə və regionda güc balansını dəyişən ölkələrə qarşı ittihamların artmasında özünü göstərir.
Belə yanaşma isə Ermənistan cəmiyyətində revanşist hisslərin alovlandırılmasına və sülh prosesinin ləngidilməsinə xidmət edir.
Əlbəttə, əsas ittihamlar ermənilər üçün dövlət qurub yaratmış Rusiyaya yönəlib.
Belə anlaşılır ki, haylar Rusiyanın BMT tərəfindən tanınmış suveren ərazilərini işğaldan azad etməyə qalxan Azərbaycanla savaşmasını gözləyirmişlər.
Bundan əlavə, böyük erməni diaspor və lobbisinin, qanunverici və icraedici orqanında xeyli erməni dostlarının mövcud olduğu ABŞ da ittihamlardan kənarda qalmır.
Tam oxu
Xəbəri oxu