Icma.az
close
up
RU
İllüziyalardan gerçəkliyə: Hayların Fransadan mədəd ummaq dövrü başa çatır

İllüziyalardan gerçəkliyə: Hayların Fransadan mədəd ummaq dövrü başa çatır

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Uzun onilliklər ərzində yürütdüyü işğalçılıq siyasəti səbəbindən regionda dalan vəziyyətinə düşən, iki qonşu ölkə – Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olan, bunun nəticəsində iqtisadi inkişafdan, regional inteqrasiyanın üstünlüklərindən məhrum qalan Ermənistanda İkinci Qarabağ müharibəsindən sonra müxtəlif ölkələri ittiham etmək adi hal alıb.

Müharibədə sarsıdıcı məğlubiyyətə düçar olan hakimiyyət məsuliyyətdən yayınmaq üçün xarici qüvvələri günahlandırmaq yolunu tutub. Bu tendensiya xüsusilə Rusiyaya, Qərb dövlətlərinə və regionda güc balansını dəyişən ölkələrə qarşı ittihamların artmasında özünü göstərir. Belə yanaşma isə Ermənistan cəmiyyətində revanşist hisslərin alovlandırılmasına və sülh prosesinin ləngidilməsinə xidmət edir.

Əlbəttə, əsas ittihamlar ermənilər üçün dövlət qurub yaratmış Rusiyaya yönəlib. Belə anlaşılır ki, haylar Rusiyanın BMT tərəfindən tanınmış suveren ərazilərini işğaldan azad etməyə qalxan Azərbaycanla savaşmasını gözləyirmişlər. Bundan əlavə, böyük erməni diaspor və lobbisinin, qanunverici və icraedici orqanında xeyli erməni dostlarının mövcud olduğu ABŞ da ittihamlardan kənarda qalmır. Moskva və Vaşinqtonun Ermənistanın bütün tələblərinə gözüyumulu şəkildə dəstək verməməsi İrəvanda məyusluq doğurub. Bəzi erməni siyasətçiləri açıq şəkildə bildirirlər ki, nə ABŞ, nə də Rusiya onların ümidlərini doğrultmayıb. Halbuki hər iki ölkə uzun illər Ermənistanın təhlükəsizlik, iqtisadiyyat və diplomatiya sahələrində əsas dayağı olublar. Bu gün isə eyni qüvvələrə qarşı yönələn ittihamlar, əslində, Ermənistanın illərlə qurduğu yanlış siyasətin fəsadlarının üzə çıxmasıdır. Bütün bunlar fonunda Ermənistan rəhbərliyi cəmiyyətdəki narazılığı xarici qüvvələri günahlandırmaqla ört-basdır etməyə çalışır.

İkinci Qarabağ müharibəsindən, xüsusilə lokal xarakterli antiterror tədbirlərindən sonra ermənilərin əsas hamisi rolunda Fransa çıxış edir. Yada salmaq yerinə düşər ki, Ermənistan parlamentinin sədri Alen Simonyan 2023-cü ilin sentyabrında Parisdə Avropa Parlamentinin sədri Roberta Metsola ilə görüşdən sonra Fransanın Hayastana göstərdiyi dəstəyə toxunaraq jurnalistlərə verdiyi açıqlamada açıq şəkildə demişdi: “Biz Fransanın Ermənistana göstərdiyi dəstəyi heç vaxt unutmuruq və unutmayacağıq”. Bu bəyanat Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən dərhal sonra verilmişdi və Fransanın Ermənistana açıq siyasi və diplomatik dəstək göstərməsinə təşəkkür xarakteri daşıyırdı. Bu açıqlama, xüsusilə də Fransanın Ermənistanla hərbi-texniki əməkdaşlığı dərinləşdirməsi və Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi fonunda, beynəlxalq medianın və regional ekspertlərin diqqətindən yayınmamışdı. Simonyanın bu sözləri Ermənistanda Fransaya olan siyasi rəğbətin rəsmi səviyyədə etirafı kimi qiymətləndirilmişdi.

***

İndi isə ermənilər Fransadan da narazılıq etməyə başlayıblar. Ermənistan mediasında yer alan bəzi açıqlamaları oxuduqda bu qənaətə gəlmək mümkündür. Məsələn, “Alternativ layihələr” qrupunun həmtəsisçisi Vahe Ovannisyan sosial şəbəkə hesabında yazıb: “Azərbaycanla Fransa arasında böyük iqtisadi layihə həyata keçirilir. Söhbət bir neçə il əvvəl imzalanmış sazişlə “Total Energies” şirkətinin “Abşeron” qaz yatağının işlənməsində əsas pay sahibi olmasından gedir. Xatırladım ki, bu, bizi “xilas etməli” olan həmin Fransadır. Amma əsas sualların (nə üçün, kimdən və necə) cavablarını auditoriya heç vaxt eşitmədi”.

V.Ovannisyan onu da bildirib ki, erməni xalqı dinc dəyişikliklər etməsə, hayları böyük fəlakət gözləyir: “Bu, bizim öz əlimizlə yaratdığımız fəlakətdir. Azərbaycanın, Türkiyənin, Fransanın, Rusiyanın və başqalarının bununla heç bir əlaqəsi yoxdur”.

Stenford Universitetinin professoru, politoloq Artur Xaçikyan isə fikirlərini bir qədər sərt ifadə edib. Fransanın rəsmi şəxslərinin Ermənistana səfərlərini şərh edən politoloq deyib: “Fransa bizə nə təklif edir? Konsulluq açmaq çox yaxşı işdir, amma konsulluq bizi necə qoruyacaq? Bloknotla? Qələmlə? Müsyö Makron dünyanı dolaşmaqdansa, birdəfəlik İrəvana gəlib desin: “Biz Ermənistana ərazi bütövlüyü ilə bağlı zəmanət veririk. Əgər Ermənistan ərazisinə hücum olarsa (?), Rusiyaya qarşı etdikləri kimi, sanksiyalar (?) tətbiq olunacaq. Buna bənzər razılaşma varmı? Onlar hərbi baza açacaqlarmı? Yoxsa, bizə kompüterdən istifadə etməyi öyrətmək üçün durbinli təlimatçılar gətirəcəklər? Fransızlardan çox konkret bir məsələ tələb olunur: Onlar Ermənistanın təhlükəsizliyinə təminat verəcəkləri, baza açacaqları, təminatçımız kimi çıxış edəcəkləri haqqında saziş imzaladıqları gün deyəcəm ki, hansısa addım atılıb”.

***

Əlbəttə, V.Ovannisyanın fikirləri Ermənistanın daxilində artmaqda olan məyusluq və çaşqınlığın göstəricisidir. Onun Fransaya ünvanlanan ittihamları Ermənistan cəmiyyətində illərlə formalaşdırılmış “xarici xilaskar” mifinin çökdüyünü nümayiş etdirir. İllər boyu Fransa Ermənistanda həm diplomatik-siyasi, həm də mədəni himayədar kimi təqdim olunub. Lakin “Total Energies”in Azərbaycanla əməkdaşlığı fonunda bu gözləntilərin reallıqla uzlaşmadığı üzə çıxıb. Ovannisyan faktiki olaraq etiraf edir ki, Ermənistanın aqibəti xarici qüvvələrin deyil, öz daxili yanlış siyasətinin nəticəsidir. Onun “bizim öz əlimizlə yaratdığımız fəlakət” sözləri bu gün Ermənistanın düşdüyü vəziyyətin əsl mahiyyətini açır. Bu yanaşma həm də daxili ictimai-siyasi transformasiyanın labüdlüyünə işarədir. Ermənilərin artıq xarici havadarlar əvəzinə, öz məsuliyyətlərini dərk etmələri çağırışı aydın şəkildə hiss olunur. Bu, real situasiyanın acı, lakin səmimi etirafıdır.

Artur Xaçikyanın Fransaya ünvanlanmış bu sərt tənqidi isə Ermənistan cəmiyyətində artan narazılığın ifadəsidir. Politoloq Parisin İrəvana verdiyi dəstəyin simvolik və diplomatik jestlərdən o yana keçmədiyini vurğulayır. Konsulluqların açılması, bəyanatlar və humanitar səfərlər reallıqda Ermənistanın təhlükəsizlik ehtiyaclarını təmin etmir. Xaçikyan konkret suallar qoyaraq bildirir ki, əgər Fransa Ermənistana həqiqi dəstək vermək istəyirsə, bunun real və praktik mexanizmləri haradadır? Hərbi baza, təhlükəsizlik zəmanəti və ya müdafiə sazişi olmadan, sadəcə, bəyanatlarla təhlükəsizlik təmin olunmur. Bu fikirlər, əslində, Ermənistanın illərlə öz təhlükəsizlik strategiyasını xarici dəstəyə bağlamasının iflasa uğradığını göstərir. Xaçikyanın ritorikası da göstərir ki, erməni cəmiyyəti artıq quru sözlərdən yorulub və konkret təminatlar tələb edir. Bu isə Ermənistanda yeni reallıq anlayışının formalaşmaqda olduğunu göstərir.

Ermənistanda Fransaya qarşı səsələnən fikirləri XQ-yə şərh edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti, siyasi şərhçi Oğuz Mirzəyev bildirdi ki, bu gün beynəlxalq münasibətlər sistemində, sadəcə, ittifaqlar deyil, həm də etibarlılıq əsas rol oynayır. Onun sözlərinə görə, geosiyasi güc mərkəzləri artıq ritorikaya deyil, əmələ, sabitliyə və məsuliyyətə önəm verirlər: “Məhz bu səbəbdəndir ki, nəinki Fransa, hətta böyük güc mərkəzləri – Avropa İttifaqı, Çin və digər nüfuzlu dövlətlər Azərbaycanla əməkdaşlığa can atırlar. Çünki Azərbaycan bölgədə sabitlik və etibarlılıq nümunəsi göstərən, beynəlxalq hüquqa sadiq qalan, emosional deyil, rasional və məsuliyyətli siyasət yürüdən bir dövlətdir. Azərbaycan verdiyi sözə əməl, imza atdığı sənədə hörmət edən, ritorikadan daha çox nəticə ilə danışan ölkə kimi tanınır. Bununla yanaşı, ölkəmiz təqdim etdiyi layihələrlə – istər enerji təhlükəsizliyi, istər nəqliyyat-tranzit yolları, istərsə də ekoloji təşəbbüslər sahəsində qlobal gündəmə real töhfə verən azsaylı aktorlardan biridir. Ən nəhayət, Azərbaycan qarşıdurma yox, əməkdaşlıq, bölücülük yox, inteqrasiya, qısnamalar yox, qarşılıqlı hörmətə əsaslanan münasibətlər təklif edir. Məhz bu səbəbdən dünya Azərbaycanla işləməyə üstünlük verir”.

O.Mirzəyev qeyd etdi ki, erməni politoloqlar, o cümlədən Vahe Ovannisyan və Artur Xaçikyan son açıqlamalarında Ermənistanın nə daxildə, nə də beynəlxalq səviyyədə sistemli və güvəniləcək siyasət qura bilmədiyini açıq şəkildə etiraf edirlər: “Onlar Azərbaycanın regional güc mərkəzinə çevrilməsini, Fransadan tutmuş Çinədək müxtəlif istiqamətlərdə əməkdaşlıq qurmasını narahatlıqla izləyirlər. Lakin bu uğuru etiraf etməklə yanaşı, onu qeyri-ciddi ittihamlarla – “Fransanı aldatmaq”, “böyük gücləri yönləndirmək” kimi absurd ideyalarla bağlamağa çalışırlar. Əslində, bu ritorika siyasi qısqanclığın və Ermənistanın öz xalqına verə bilmədiyi cavabların üzərinə çəkilən pərdədən başqa bir şey deyil. Bu siyasətçilər artıq öz cəmiyyətlərinə belə izah edə bilmirlər ki, niyə dünya Ermənistanın deyil, Azərbaycanın mövqeyini qəbul edir. Nəticədə isə İrəvan rəhbərliyi və ona yaxın dairələr təkcə Azərbaycanı deyil, artıq bütün müttəfiqlərini günahlandırmağa başlayıb”.

Politoloq dedi ki, Ermənistan dəyişən reallıqlarla barışmaq əvəzinə, dünənə qədər “xilaskar” adlandırdığı Fransanı “xəyanətkar” elan edir: “İttihamların tonu o qədər sürətlə dəyişir ki, sabah bu siyahıya hansı ölkənin düşəcəyini proqnozlaşdırmaq belə mümkün deyil. Bu gün Fransanı, sabah Rusiyanı, birisi gün Avropa İttifaqını və İranı ittiham edən Ermənistan, əslində, təkcə dünya ilə deyil, öz siyasi gələcəyi ilə qarşıdurmadadır”.

Müsahibimiz bildirdi ki, Azərbaycan isə təmkinli, ardıcıl və uzaqgörən siyasəti ilə həm bölgə ölkələrinin, həm də qlobal güclərin etimadını qazanır. Fransa ilə birgə həyata keçirilən “Abşeron” yatağı üzrə enerji əməkdaşlığı bu etimadın nəticəsidir: “Bu cür layihələr Azərbaycanı regionun yükü daşıyan yox, məsuliyyəti bölüşən liderinə çevirir. Azərbaycan təmkinli yanaşma nümayiş etdirən, hüququn aliliyinə söykənən və sülhə sadiq dövlətdir. Cənubi Qafqazda reallıqlar dəyişib. Bu reallıqlar Azərbaycanın liderliyi və əzmkarlığı ilə formalaşıb. Bunu qəbul edən ölkələr əməkdaşlıq masasında oturur, inkar edənlər isə beynəlxalq platformalarda hay-küy salmaqla məşğuldur”.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyun 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see197

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see169

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see160

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see148

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see137

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see136

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see136

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see133

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see132

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see131

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see130

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see129

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see128

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see128

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see125

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see124

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see123

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see123

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see121

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri