İlqar Muxtarov: Multikulturalizmə bağlılıq təkcə tarixi miras deyil, həm də Azərbaycanın m…
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın ən diqqət çəkən xüsusiyyətlərindən biri multikulturalizmə yanaşmasıdır.
Ölkə müxtəlif etnik mənsubiyyətə, dillərə və dinlərə mənsub insanlar arasında sülh şəraitində birgə yaşayışı təşviq etmək üçün unikal imkanlara malikdir.
Multikulturalizmə bağlılıq təkcə tarixi miras deyil, həm də Azərbaycanın müasir kimliyinin fəal hissəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov Vatikan Qriqorian Pontifik Universitetində keçirilən “Azərbaycanda xristianlıq: tarix və müasirlik” adlı Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfransdakı çıxışında deyib.
Səfir qeyd edib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan əsrlərdən bəri müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşduğu məkan olub.
Zəngin və çoxşaxəli tarixi boyu xristianlıq bu bölgənin mədəni və mənəvi mənzərəsinin formalaşmasında mühüm rol oynayıb.
Xristian inancının ilk günlərindən indiyə qədər Azərbaycan xristian icmalarının və irsinin mövcudluğunun şahidi olub, onların hər biri özünəməxsus və davamlı şəkildə cəmiyyətin quruluşuna töhfə verir.
Tam oxu
Xəbəri oxu