Icma.az
close
up
RU
İlqar Muxtarov: Multikulturalizmə bağlılıq təkcə tarixi miras deyil, həm də Azərbaycanın müasir kimliyinin fəal hissəsidir

İlqar Muxtarov: Multikulturalizmə bağlılıq təkcə tarixi miras deyil, həm də Azərbaycanın müasir kimliyinin fəal hissəsidir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın ən diqqət çəkən xüsusiyyətlərindən biri multikulturalizmə yanaşmasıdır. Ölkə müxtəlif etnik mənsubiyyətə, dillərə və dinlərə mənsub insanlar arasında sülh şəraitində birgə yaşayışı təşviq etmək üçün unikal imkanlara malikdir. Multikulturalizmə bağlılıq təkcə tarixi miras deyil, həm də Azərbaycanın müasir kimliyinin fəal hissəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov Vatikan Qriqorian Pontifik Universitetində keçirilən “Azərbaycanda xristianlıq: tarix və müasirlik” adlı Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfransdakı çıxışında deyib.

Səfir qeyd edib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan əsrlərdən bəri müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşduğu məkan olub. Zəngin və çoxşaxəli tarixi boyu xristianlıq bu bölgənin mədəni və mənəvi mənzərəsinin formalaşmasında mühüm rol oynayıb. Xristian inancının ilk günlərindən indiyə qədər Azərbaycan xristian icmalarının və irsinin mövcudluğunun şahidi olub, onların hər biri özünəməxsus və davamlı şəkildə cəmiyyətin quruluşuna töhfə verir. Tarixi mənbələr Azərbaycanın xristianlığın qədim ərazilərindən biri olduğunu göstərir. Həmçinin Azərbaycan qədim Şərq kilsəsinin – dünyanın ən qədim kilsələrindən biri olan Alban Apostol Kilsəsinin vətənidir. Müasir dövrümüzə qədər uzanan qədim xristian kilsələri, monastırlar və məbədlər ölkəmizdə xristianlığın necə tarixi əlaqələrə malik olduğunu əyani şəkildə göstərir.

İlqar Muxtarov xatırladıb ki, 2002-ci ildə Roma Papası II İohan Pavel, ardınca isə 2016-cı ildə Papa Fransisk Azərbaycana apostol səfəri zamanı həm Azərbaycanı xristianlığın qədim mərkəzlərindən biri, həm də multikultural dəyərlərə dərin kök salmış bir xalq kimi vurğulayıblar. Onlar ölkənin zəngin xristian irsini və onun müxtəlif dinlər arasında dini birgəyaşayış, tolerantlıq və dialoqun simvolu rolunu qeyd ediblər.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri