Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq. Ədalət Partiyasının mərhum sədri İlyas İsmayılov vəfatından xeyli vaxt keçir.
İlyas İsmayılovun irsinin qorunması üçün hansı işlərin görüldüyü, eləcə də partiyaya kimin sədr olacağı ictimaiyyəti yaxından maraqlandırır.
Modern.az saytının əməkdaşı bu və digər məsələlərlə bağlı Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimliyə müraciət edib.O bildirib ki, İlyas İsmayılov daşıdığı ideyaları cəmiyyətə catdırmaq və əsaslandırmaq üçün özündən sonra sanballı əsərlər qoyub: "İlyas İsmayılov Azərbaycanın çox görkəmli dövlət, ictimai və siyasi xadimlərindən biri idi.
Çox təəsüf ki, onun bilik və bacarıqlarından dövlətimizin inkişafı üçün kifayət qədər istifadə olunmadı.
Sovetlər dönəmində SSRİ rəhbərliyində təmsil olunan iki azərbaycanlıdan biri olmuşdu. SSRİ məkanında böyük nüfuz sahibi idi.
Onun keşməkeşli həyat yolu və qazandığı təcrübə özündə bənzərsiz keyfiyyətlər formalaşdırmışdı.
Siyasi proseslərə elmi, təcrübi və proqnostik yanaşmaları səhvsiz nəticələrə gətirib çıxarırdı.
Sovet dönəmində yetişən kadr olmasına baxmayaraq, Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda mübarizədə heç vaxt güzəştli mövqe tutmadı.