Icma.az
close
up
RU
İlyas İsmayılovun partiyasında yeni sədr KİM OLACAQ...

İlyas İsmayılovun partiyasında yeni sədr KİM OLACAQ...

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Ədalət Partiyasının mərhum sədri İlyas İsmayılov vəfatından xeyli vaxt keçir. İlyas İsmayılovun irsinin qorunması üçün hansı işlərin görüldüyü, eləcə də partiyaya kimin sədr olacağı ictimaiyyəti yaxından maraqlandırır.

Modern.az saytının əməkdaşı bu və digər məsələlərlə bağlı Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimliyə müraciət edib.
O bildirib ki, İlyas İsmayılov daşıdığı ideyaları cəmiyyətə catdırmaq və əsaslandırmaq üçün özündən sonra sanballı əsərlər qoyub:

"İlyas İsmayılov Azərbaycanın çox görkəmli dövlət, ictimai və siyasi xadimlərindən biri idi. Çox təəsüf ki, onun bilik və bacarıqlarından dövlətimizin inkişafı üçün kifayət qədər istifadə olunmadı. Sovetlər dönəmində SSRİ rəhbərliyində təmsil olunan iki azərbaycanlıdan biri olmuşdu. SSRİ məkanında böyük nüfuz sahibi idi. Onun  keşməkeşli həyat yolu və qazandığı təcrübə özündə bənzərsiz keyfiyyətlər formalaşdırmışdı. Siyasi proseslərə elmi, təcrübi və proqnostik yanaşmaları səhvsiz nəticələrə gətirib çıxarırdı. Sovet dönəmində yetişən kadr olmasına baxmayaraq, Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda mübarizədə heç vaxt güzəştli mövqe tutmadı. Əksinə, milli azadlıq hərəkatının üzvlərini qorudu, onlara qarşı qanunsuz davranışların qarşısını aldı. Hadisələrə obyektiv münasibəti, dövlətçilik mövqeyindən yanaşması hər iki tərəfdə - həm müxalifətdə, həm də hakimiyyətdə hörmətlə qarşılanırdı. Ən yüksək vəzifələrdə işlədiyi vaxtda da, siyasi partiya sədri olduğu dövrdə də qanunun aliliyini, milli-mənəvi, əxlaqi dəyərlərimizi hər şeydən üstün tuturdu. Ədalət hissləri onun həyatının başlıca meyarı idi. Elə buna görə də yaratdığı partiyanın adını Ədalət qoymuşdu.
İlyuas müəllimin özündən sonra hüquq -mühafizə sistemində və partiyada çoxsaylı ardıcılları görünür. Azərbaycanın prokurorluq orqanlarında əsl prokuror simasını İlyas müəllim müəyyənləşdirmişdi. Siyasi müstəvidəki münasibətlərdə tolerantlıq, əxlaqi keyfiyyətlərin gözlənilməsi nümunəsini uğurla tətbiq etdi. Dövlətçilik təcrübəsi, elmi, fəlsəfi, hüquqi potensialı, idarəetmə qabiliyyəti, lider keyfiyyətlərinə baxmayaraq, Ədalət Partiyasının ideoloji əsasda formalaşmasını təmin etdi. Daşıdığı ideyaları cəmiyyətə catdırmaq və əsaslandırmaq üçün özündən sonra sanballı əsərlər qoyub getdi. Təbii ki, Ədalət Partiyası fəaliyyət göstərdiyi müddətdə bu ideyaları hər zaman başlıca prinsipi olaraq gözləyib. İlyas müəllimin dünyasını dəyişməsi həm bizim, həm də ölkəmiz üçün çox böyük itkidir. Biz onun yolunun davam etdirilməsi üçün nə lazımdırsa, edəcəyik".
 

M.Rəhimli vurğulayıb ki, Ədalət Partiyasına sədr olmağa layiq çox adam var:
 

"Ədalət Partiyası Nizamnaməsinə uyğun olaraq fəaliyyətini davam etdirir. Nizamnaməyə görə sədr olmadıqda onun səlahiyyətlərini müvəqqəti olaraq Ali Məclisin sədri yerinə yetirir. Hazırda Meydan Babayev bu vəzifədədir. Siyasi partiyalar haqqında qanunun tələblərinə görə, mart ayında Ədalət Partiyası növbəti qurultayını keçirməlidir. Ancaq İlyas müəllimin xəstələnməsi və dünyasını dəyişməsi bu prosesi yubatdı. İndi həm qanuna, həm də sədrin yoxluğuna görə qurultay keçirmək məcburiyyətindəyik. Düşünürəm ki, Ədalət Partiyasında sədr olmağa və partiyanın inkişafına töhfə verəcək şəxslər çoxdur. İlyas müəllimin böyüklüyündən biri də özündən sonra lider olmağa layiq üzvlər yetişdirməsidir. Lakin indi bu məsələlər müzakirə predmeti deyil. Ədalət Partiyası hüzn içərisindədir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Mart 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri