İmişli rayon Ağsaqqallar Şurasının qərərgahında Çaxırlı kənd ərazi təşkilatının təsis icla…
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İmişli rayon Ağsaqqallar Şurasının qərərgahında Çaxırlı kənd ərazi təşkilatının təsis iclası keçirildi.
28 fevral 2025-ci il tarixində rayon şurasının qərargahında keçirilən tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədrin birinci müavini Vahid Tağıyev, aparat rəhbəri Murad Seyidov və Çaxırlı kənd ağsaqqalları iştirak edirdilər.
Tədbirdə ilk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin və son zamanlarda dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin adından və öz adından tədbir iştirakçılarını salamladı.
Sonra Ağsaqqallar Şurasının respublikamızda gedən ictimai-siyasi proseslərdə fəal iştirakını diqqətə çatdırdı.
Habelə İmişli rayon təşkilatının bu proseslərdə yaxından iştirakı, rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi.
Çaxırlı kənd axsaqqallarına üzərlərinə düşən missiyanı uğurla həyata keçirməsini arzuladı.
Tam oxu
Xəbəri oxu