Icma.az
close
up
RU
İmişli rayon Ağsaqqallar Şurasının qərərgahında Çaxırlı kənd ərazi təşkilatının təsis iclası keçirildi

İmişli rayon Ağsaqqallar Şurasının qərərgahında Çaxırlı kənd ərazi təşkilatının təsis iclası keçirildi

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İmişli rayon Ağsaqqallar Şurasının qərərgahında Çaxırlı kənd ərazi təşkilatının təsis iclası keçirildi.

28 fevral 2025-ci il tarixində rayon şurasının qərargahında keçirilən tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədrin birinci müavini Vahid Tağıyev, aparat rəhbəri Murad Seyidov və Çaxırlı kənd ağsaqqalları iştirak edirdilər.

Tədbirdə ilk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin və son zamanlarda dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Çıxış edən İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin adından və öz adından tədbir iştirakçılarını salamladı. Sonra Ağsaqqallar Şurasının respublikamızda gedən ictimai-siyasi proseslərdə fəal iştirakını diqqətə çatdırdı. Habelə İmişli rayon təşkilatının bu proseslərdə yaxından iştirakı, rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi. Çaxırlı kənd axsaqqallarına üzərlərinə düşən missiyanı uğurla həyata keçirməsini arzuladı.

Tədbirdə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini Vahid Tağıyev qeyd etdi ki, Azərbaycan ağsaqqalları həmişə olduğu kimi Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursuna sədaqətlə xidmət edir.

V. Tağıyev bildirdi ki, hörmətli Saleh Səmdovun rəhbərliyi ilə İmişli Rayon Ağsaqqallar Şurasının üzvləri dövlətimizə, vətənimizə sədaqətlə xidmət edir, gənc nəslin vətənpərvərlik, milli-mənəvi dəyərlərə və adət-ənənələrimizə hörmət hisləri ilə tərbiyə edilməsi istiqamətində səmərəli fəaliyyət göstərirlər.

Rayon ağsaqqallar şurasının apart rəhbəri Murad Seyidov çıxış edərək əsasnaməyə uyğun olaraq Çaxırlı kənd ağsaqqalları arasından səsvermə yolu ilə idarə heyətinin üzvləri, sədr və sədr müavinlərinon seçilmə qaydası barədə tədbir iştirakçılarına məlumat verdi.

Tədbirdə açıq səsvermə yolu ilə: Babayev Eldəniz Əlif oğlu, Vəliyev Naqil Xanbaba oğlu, Rəhimov Əslan Cəmil oğlu, Rəhimov Mirqələm Əhməd oğlu, Ağayev Agasəf Köntö oğlu, Məmmədov Aqil Ağakərim oğlu, Mehdiyev Elman Fəyyaz oğlu, Ağayev Etibar Köntö oğlu və Xammədov Şövqü Məriş oğlu idarə heyətinin üzvləri, onların arasından isə Babayev Eldəniz Əlif oğlu sədr, Vəliyev Naqil Xanbaba oğlu müavin, Rəhimov Əslan Cəmil oğlu müavin seçildilər.

Sonra yeni seçilən Çaxırlı kənd ağsaqqallar şurasının sədrinə və müavinlərə Azərbaycan Ağsaqqallar Şurasının xüsusi nişanları təqdim olundu.

Rayon ağsaqqallar şurasının sədri Saleh Səmədov yeni təsis edilən Çaxırlı kənd ağsaqqallar şurasının üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Tədbirin sonunda xatirə fotoları çəkildi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Mart 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri