İmişlidə energetiklərin peşə bayramı qeyd edildi Fotolar | Icma.az
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
20 oktyabr – Azərbaycan energetiklərinin peşə bayramı münasibətilə İmişli rayonunda tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aran Regional Enerji Təchizatının Satışı İdarəsinin müdiri Zülfü Ağayev, Aran RETSİ-nin İmişli Elektrik Şəbəkəsinin müdiri Emil Bədəlov, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
RİH başçısı energetikləri peşə bayramı münasibətilə təbrik edib, onların ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadıqlarını vurğulayıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
O qeyd edib ki, 1981-ci il oktyabrın 20-də Azərbaycan İstilik Elektrik Stansiyasının birinci enerji bloku Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə istifadəyə verilib.
Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli sərəncamı ilə həmin tarix “Energetiklər Günü” kimi təsis olunub ki, bu da dövlətin bu sahədə çalışan insanların əməyinə verdiyi yüksək qiymətin bariz göstəricisidir.
Bildirib ki, energetika sektoru müasir dövrdə milli təhlükəsizliyin, iqtisadi sabitliyin və sosial rifahın əsas dayaqlarından biridir.
Azərbaycan dövləti bu sahəni hər zaman prioritet istiqamət kimi qiymətləndirib və son illərdə həyata keçirilən genişmiqyaslı islahatlar bu prioritetin ardıcıl şəkildə reallaşdırıldığını və sahəyə göstərilən yüksək diqqəti bir daha təsdiqləyir.
Tam oxu
Xəbəri oxu