Icma.az
close
up
RU
İmişlidə energetiklərin peşə bayramı qeyd edildi Fotolar

İmişlidə energetiklərin peşə bayramı qeyd edildi Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

20 oktyabr – Azərbaycan energetiklərinin peşə bayramı münasibətilə İmişli rayonunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aran Regional Enerji Təchizatının Satışı İdarəsinin müdiri Zülfü Ağayev, Aran RETSİ-nin İmişli Elektrik Şəbəkəsinin müdiri Emil Bədəlov, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

RİH başçısı energetikləri peşə bayramı münasibətilə təbrik edib, onların ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadıqlarını vurğulayıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, 1981-ci il oktyabrın 20-də Azərbaycan İstilik Elektrik Stansiyasının birinci enerji bloku Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə istifadəyə verilib. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli sərəncamı ilə həmin tarix “Energetiklər Günü” kimi təsis olunub ki, bu da dövlətin bu sahədə çalışan insanların əməyinə verdiyi yüksək qiymətin bariz göstəricisidir.

Bildirib ki, energetika sektoru müasir dövrdə milli təhlükəsizliyin, iqtisadi sabitliyin və sosial rifahın əsas dayaqlarından biridir. Azərbaycan dövləti bu sahəni hər zaman prioritet istiqamət kimi qiymətləndirib və son illərdə həyata keçirilən genişmiqyaslı islahatlar bu prioritetin ardıcıl şəkildə reallaşdırıldığını və sahəyə göstərilən yüksək diqqəti bir daha təsdiqləyir.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar ölkəmizin daha da güclənməsinə və qüdrətlənməsinə xidmət etdiyini vurğulayıb. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik energetikası üzrə mükəmməl proqramlar hazırlanaraq ardıcıl şəkildə icra olunduğunu diqqətə çatdırıb.

Digər çıxış edənlər energetika sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin regionlarda sabit enerji təchizatını təmin etdiyini, bunun da əhalinin sosial rifahının yüksəldilməsinə mühüm töhfə verdiyini qeyd ediblər. Onlar bütün energetikləri peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, fəaliyyətlərində yeni uğurlar və nailiyyətlər arzulayıblar.

Sonda öz sahələrində göstərdikləri səmərəli fəaliyyətə görə bir qrup fəal energetik İmişli Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib. Tədbir səmimi təbriklər və qarşılıqlı müzakirələrlə yekunlaşıb.










Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri