İmişlidə motosiklet avtomobillə toqquşub, ata və oğlu ölüb

15.11.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

İmişli rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun ilkin məlumatına görə, motosiklet və minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzasında ata və oğul ölüb.

Hadisə saat 17 radələrində İmişli rayonuna giriş yolunda qeydə alınıb.

Qəza nəticəsində motosikletdə olan sərnişin Kazım İbişov hadisə yerində ölüb. Ağır xəsarət alan motosikletin sürücüsü Mübariz İbişov isə İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью