İmişlidə motosiklet avtomobillə toqquşub, ata və oğlu ölüb
Icma.az, Report.az-ə istinadən məlumat verir İmişlidə motosiklet avtomobillə toqquşub, ata və oğlu ölüb.
İmişli rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ bürosunun ilkin məlumatına görə, motosiklet və minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzasında ata və oğul ölüb.
Hadisə saat 17 radələrində İmişli rayonuna giriş yolunda qeydə alınıb.
Qəza nəticəsində motosikletdə olan sərnişin Kazım İbişov hadisə yerində ölüb. Ağır xəsarət alan motosikletin sürücüsü Mübariz İbişov isə İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
![](https://static.report.az/photo/f5cce7a3-9c38-367b-bd30-0f5d5508d8b3_300.jpg)
![](https://static.report.az/photo/9c754597-d8d1-3182-9361-ef60a23873d1_300.jpg)
![](https://static.report.az/photo/c0a52329-0eb2-389a-9a23-4837d228218c_300.jpg)
![see](https://icma.az/template/assets/label.png)
İmişlidə motosiklet avtomobillə TOQQUŞDU: Ata və oğlu ÖLDÜ
15 Noyabr 2024 22:16
İmişlidə motosiklet avtomobillə TOQQUŞDU
15 Noyabr 2024 19:14
İmişlidə motosiklet avtomobillə toqquşdu Ata və oğlu öldü (FOTO)
15 Noyabr 2024 19:18
İmişlidə yol qəzasında ata və oğlu ölüb
15 Noyabr 2024 19:50
İmişlidə yol qəzasında ata və oğulu ölüb
15 Noyabr 2024 22:10
![see](https://icma.az/template/assets/see.png)