Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İmişli, 18 noyabr, Aydın Yavərzadə AZƏRTAC Kür-Araz ovalığında yerləşən İmişli rayonu ərazisi həm də adı qırmızı kitaba düşən yulğun ağaclarının məskənidir.
Həmin ərazidə Yulğun ağacları əsasən Tuqay meşələrində daha geniş yayılıb.
Son illərdə isə bu ağacların ciddi şəkildə artımı müşahidə edilir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişlidə yulğun ağaclarına əsasən Araz və Kür çayı sahillərində daha çox rast gəlinir.
Son illərdə isə bu ağacların artması çay kənarlarında əsrarəngiz gözəllik yaratmaqla yanaşı, oksigen mənbəyi olaraq böyük potensial mənbəyinə çevrilib.Bioloq Gülüstan Quliyeva deyir ki, yulğun bitkisinin adı latınca tamarix olaraq bilinir və bir çox əhəmiyyətləri var: “Yulğun ağacı yulğunkimilər fəsiləsinə aid olan bitkidir və dünyada bir çox növü var.
Onların arasında florida, koç, 4 erkəkcikli, 8 erkəkcikli, meyr yulğunu daha çox yayılan növlərdir.
Qafqaz ərazisində yulğunun 10 növü bitir ki, bunun da 7-si Azərbaycanın payına düşür.
Yulğun bitkisi əsasən düzənlik, dağətəyi, yarımsəhra və bozqır tipli ərazilərdə yayılır.