Icma.az
close
up
RU
İmişlinin Tuqay meşələrində yulğun ağacları 50 faizə qədər artıb VİDEO AZƏRTAC

İmişlinin Tuqay meşələrində yulğun ağacları 50 faizə qədər artıb VİDEO AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İmişli, 18 noyabr, Aydın Yavərzadə AZƏRTAC

Kür-Araz ovalığında yerləşən İmişli rayonu ərazisi həm də adı qırmızı kitaba düşən yulğun ağaclarının məskənidir. Həmin ərazidə Yulğun ağacları əsasən Tuqay meşələrində daha geniş yayılıb. Son illərdə isə bu ağacların ciddi şəkildə artımı müşahidə edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişlidə yulğun ağaclarına əsasən Araz və Kür çayı sahillərində daha çox rast gəlinir. Son illərdə isə bu ağacların artması çay kənarlarında əsrarəngiz gözəllik yaratmaqla yanaşı, oksigen mənbəyi olaraq böyük potensial mənbəyinə çevrilib.

Bioloq Gülüstan Quliyeva deyir ki, yulğun bitkisinin adı latınca tamarix olaraq bilinir və bir çox əhəmiyyətləri var: “Yulğun ağacı yulğunkimilər fəsiləsinə aid olan bitkidir və dünyada bir çox növü var. Onların arasında florida, koç, 4 erkəkcikli, 8 erkəkcikli, meyr yulğunu daha çox yayılan növlərdir. Qafqaz ərazisində yulğunun 10 növü bitir ki, bunun da 7-si Azərbaycanın payına düşür. Yulğun bitkisi əsasən düzənlik, dağətəyi, yarımsəhra və bozqır tipli ərazilərdə yayılır. Bu bitki quraqlığa davamlı olması ilə yanaşı, çay kənarı ərazilərində də yayılır. Yulğun növləri bir-birinə çox bənzəsə də onları fərqləndirən cəhətlər də var ki, bunu da gövdədən, rəng və yarpaq quruluşundan ayırd etmək olur. Məsələn, 4 erkəkcikli yulğunun gövdəsi boz və qara-boz rəng olur, yarpaqları isə kiçik və pulcuq şəkillidir. Meyr yulğununda isə yarpaqlar lanseft şəkilli olmaqla uzunsovdur. Yulğun bitkisi çox əhəmiyyətli olmaqla yanaşı, həm də gözəl çiçəkləri olan ağacdır. Bu ağaclar aprel-may ayında ağ və çəhrayı rəngli çiçəklər açır, daha sonra toxum verir ki, bu da yulğun ağaclarını çiliklə bərabər həm də toxumla artırmağa imkan verir. Yulğunun ən üstün cəhəti isə digər bitkilərdən daha çox oksigen verməsidir. Eyni zamanda, yulğunluq ərazinin havası, hətta onun tüstüsü ağciyər və tənəffüs yolları üçün müalicəvi əhəmiyyətə malikdir”.

Uzun illərdən bəri meşəbəyi çalışan Qəhrəman Ələkbərov son illər ərzində İmişli rayonu ərazisində yulğun ağaclarının artmasının müşahidə edildiyini bildirir: “Azərbaycan ərazisində yulğun bitkisinin ən çox yayıldığı ərazi Naxçıvan Muxtar Respublikası, Abşeron yarımadası və Kür-Araz ovalığının payına düşür. İmişli ərazisində isə yulğun ağacları Araz çayı boyunca yerləşən 2000 hektardan, Kür çayı boyunca isə 2500 hektardan çox olan Tuqay meşələrində daha çox yer alır. Hündürlüyü 6 metrədək olan bu ağaclar əsasən təbii bərpa yolu ilə çoxalır. Bu ağaclar təbiətdəki bir çox canlılar üçün sığınacaq rolu da oynayır. Eyni zamanda, yulğunluq sahəsinin havası çox müalicəvi əhəmiyyətə malikdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri