Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Uzunmüddətli qrup diyet proqramları zamanı dəmir, vitamin B12, fol turşusu, D vita
Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı qurumun mütəxəssis-ekspert
Onun sözlərinə görə bu mikroelementlər yalnız metabolik proseslər üçün deyil, eyni zamanda, immun sisteminin normal fəaliyyəti üçün də həyat
Elmi tədqiqatlar göstərir ki, uzun müddət davam edən aşağı kalorili və balanssız diyetlər immun sistemin funksional qabiliyyətini azaldır.
Enerji defisiti fonunda T-limfositlərin aktivliyi azalır, infeksiyalara qarşı müqavimət zəifləyir və sağalma müddəti uzanır.
Bu vəziyyət xüsusilə stres altında olan, intensiv işləyən və ya xroniki xəstəliyi olan insanlarda daha qabarıq şəkildə özünü göstərir".
Mütəxəssis-ekspert qeyd edib ki, qrup diyet proqramlarının digər mühüm mənfi cəhəti hormonal balansın pozulmasıdır: "Çox aşağı kalorili qidalanma kortizol səviyyəsinin artmasına, qalxanabənzər vəz hormonlarının azalmasına və reproduktiv sistemdə disfunksiyalara səbəb ola bilər.
Qadınlarda menstrual siklin pozulması, kişilərdə isə testosteron səviyyəsinin azalması halları müşahidə oluna bilər.