İmmun sisteminiz təhlükədədir? Səhiyyə Nazirliyinin eksperti səbəbləri izah edir
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Uzunmüddətli qrup diyet proqramları zamanı dəmir, vitamin B12, fol turşusu, D vitamini, kalsium, maqnezium və sink çatışmazlığı riski artır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı qurumun mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə bu mikroelementlər yalnız metabolik proseslər üçün deyil, eyni zamanda, immun sisteminin normal fəaliyyəti üçün də həyati əhəmiyyət daşıyır:
"Zülal çatışmazlığı isə anticisimlərin sintezini və immun hüceyrələrinin yenilənməsini zəiflədir. Elmi tədqiqatlar göstərir ki, uzun müddət davam edən aşağı kalorili və balanssız diyetlər immun sistemin funksional qabiliyyətini azaldır. Enerji defisiti fonunda T-limfositlərin aktivliyi azalır, infeksiyalara qarşı müqavimət zəifləyir və sağalma müddəti uzanır. Bu vəziyyət xüsusilə stres altında olan, intensiv işləyən və ya xroniki xəstəliyi olan insanlarda daha qabarıq şəkildə özünü göstərir".
Mütəxəssis-ekspert qeyd edib ki, qrup diyet proqramlarının digər mühüm mənfi cəhəti hormonal balansın pozulmasıdır:
"Çox aşağı kalorili qidalanma kortizol səviyyəsinin artmasına, qalxanabənzər vəz hormonlarının azalmasına və reproduktiv sistemdə disfunksiyalara səbəb ola bilər. Qadınlarda menstrual siklin pozulması, kişilərdə isə testosteron səviyyəsinin azalması halları müşahidə oluna bilər. Bu hormonal dəyişikliklər həm immun sistemə, həm də ümumi sağlamlıq vəziyyətinə mənfi təsir göstərir. Psixoloji aspekt də nəzərdən qaçırılmamalıdır. Qrup diyet proqramlarında uğursuzluq hissi, müqayisə və təzyiq bəzi insanlarda stresi artırır, qida ilə qeyri-sağlam münasibət formalaşdırır və yemək pozuntularına zəmin yaradır. Psixoloji stres isə immun sisteminin zəifləməsi ilə birbaşa əlaqəlidir".
E.Məmmədov bildirib ki, nəticə etibarilə, qrup diyet proqramları qısa müddətdə motivasiya və intizam yarada bilsə də, uzunmüddətli perspektivdə fərdi xüsusiyyətlər nəzərə alınmadıqda sağlamlıq problemlərinə və immun sistemin zəifləməsinə səbəb ola bilər:
"Elmi yanaşmaya əsasən, diyet proqramları fərdi tibbi qiymətləndirmə əsasında, həkim və ya klinik diyetoloq nəzarəti altında planlaşdırılmalıdır. Sağlam qidalanmanın əsas prinsipi balanslı, müxtəlif və fərdiləşdirilmiş yanaşmadır".
Baxış sayı:82
Bu xəbər 21 Yanvar 2026 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















