Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ramazan ayının sağlam keçməsi üçün qidalanmıza fikir verməyliyik.Metbuat.az xəbər verir ki, Ramazan ayında gündəlik enerji, zülal, vitamin və mineral qəbulu tələbatı dəyişməsə də, pəhriz pozulur, yeməklərin sayı azalır.
Ramazan ayında oruc tutarkən qidalanmaya daha çox diqqət yetirilməli, yeməklər ağır olmamalıdır.
Az yağlı,qızardılmamış qidalar seçilməli, iftarda az və tez-tez yeməməyə diqqət yetirilməlidir.
Gün ərzində ac qalacağınız üçün tərəvəzlər, salatlar və yavaş həzm olunan qidalara üstünlük verilməlidir.
İftar və sahur süfrələrində edilən səhvlərdən biri də kifayət qədər çeynəmədən, mədəni çox yeməklə tez doldurmaqdır.
Tez yemək yediyiniz zaman aclıq hiss edə və lazım olduğundan artıq yeyə bilərsiniz, çünki beyniniz hələ tox olmaq əmrini almır.
Bundan əlavə ağızda kifayət qədər çeynənməyən qidalar həzm sistemini gərginləşdirdiyi üçün zamanla bir çox xəstəliklərə və problemlərə səbəb ola bilər.Ramazan arıqlamaq üsulu deyil.